Kürdə dazqın olub, FHN-nin xilasediciləri 14 nəfəri xilas edib

img

17-03-2010 [01:29]


Kür çayında daşqın baş verib Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə martın 16-dan 17-ə keçən gecə baş verib. Verilən məlumata görə, Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində yağan yağışlar nəticəsində daşqın əmələ gəlib, rayonun Aşağı Salahlı kəndinə yaxın ərazilər subasmaya məruz qalıb, həmin vaxt qeyd olunan yerdə təsərrüfatla məşğul olan 14 nəfər köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc Axtarış Qrupunun (Mingəçevir şəhəri) dalğıc-xilasedicilərinin və Gəncə Regional Mərkəzinin xilasedicilərinin köməkliyi ilə zərərçəkmişlər xilas olunublar. Əməliyyat saat 04:42-də başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA