"Belə vəziyyət çox davam edə bilməz" - Nazir Natiq Əliyev anons verdi

img

11-03-2016 [12:13]


"Azərbaycan üçün neft qiyməti mühüm əhəmiyyət kəsb edir”

Bunu IV Qlobal Bakı Forumu çərçivəsində təşkil edilən "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?” mövzusunda paneldə Azərbaycanın energetika naziriNatiq Əliyev deyib.

N. Əliyev bildirib ki,  hazırda neftin qiyməti 4 dəfə düşüb və bu, neft hasil edən ölkələr üçün yaxşı hal deyil: 

"Qiymətlərin çox yüksək olması isə istehlakçı ölkələr üçün yaxşı hal sayılmır. Həm istehsalçı, həm də istehlakçı ölkələr üçün neftin məqbul qiymətinin müəyyənləşməsini istəyirik. Neftin qiymətinin aşağı olması vəziyyəti çox davam edə bilməz. Neftin qiymətinin düşməsi neft hasil edən ölkələrin neft ehtiyatları ilə bağlı kəşfiyyat, hasilat işlərinə mənfi təsir edir, bu da son nəticədə neft hasilatını azaldır. Ona görə də bu vəziyyət uzun müddət davam edə bilməz. Neftin qiymətləri yavaş-yavaş artacaq. Müvafiq qiymət olmalıdır ki, həm neft hasil edən, həm də istehlakçı ölkələr üçün məqbul olsun, neft hasil edən ölkələr də əldə olunan gəlirlərdən neft hasilatının inkişafına pul qoya bilsin”.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA