10-03-2016 [22:14]
Bu gün tanınmış vəkil Aslan İsmayılovla Dövlət Yol Polisinin (DYP) əməkdaşları arasında ciddi insident baş verib.
AzPolitika.info-nun məlumatına görə, bu barədə A.İsmayılov özü məlumat verib.
Vəkil bldirib ki, "Azneft” dairəsi yaxınlığında yol polisi onu saxlayıb, mayor rütbəli zabit və bir çavuş tərəfindən təhqirlərə məruz qalıb. Vəkil özünün "Facebook” səhifəsində bu barədə yazır:
"Bu gün avtomobili özüm idarə edirdim. Gün ərzində yol polisinin insanlarla kobud, qeyri-insani rəftarını dəfələrlə gödüm. Bir neçə dəfə müdaxilə etmək istəsəm də, sonra fikrimdən daşındım, sanki nə isə məni saxladı. Təxminən saat 16:00 radələrində Bibiheybət qəsəbəsindən AzNeft dairəsinə yaxınlaşanda yolu bağlayıb xeyli gözlətdilər. Yol açılandan sonra Prezident iqamətgahına tərəf hərəkət edərkən dairədə bir daha yolu bağladılar. Yenidən hərəkət başlayanda, maşınlar hərəkət etsə də yol polisi gözləmədiyim halda yenidən dayan işarəsi verdi. Özü də bu işarə, əl-qol atmaqla, çığırmaqla, sanki qatı cinayətkara verildi. Artıq arxada maşın dayandığından geri hərəkət edə bilməsəm də, yol polisi əl qol hərəkətləri, çığırmağı ilə sanki düşmən üstünə şığıdı və maşını dairənin ortasında 10 YP 501 nömrəli polis maşının yanında saxlamağı əmr etdi.Hərəkəti davam etdirib deyilən yerdə saxladım. Kənarda dayanan mayorun dedikləri və çığırması məni dəhşətə gətirdi. Ona "qoçusanmı?” sorduqda dedi ki, "yox, mən lotuyam” və mənimlə həqiqətən də lotu kimi davrandı. Onun üstümə bağırmağını eşidənlər zənn edərdilər ki, başını kəsirlər. Yenidən üstümə şığıyıb çığıra-çığıra sənədləri təqdim etməyi tələb etdikdə, bu cür davranan polisə sənəd təqdim etməyəcəm dedim. Bir müddət mayorun bağırtısını seyr etdim. Bu məqamda təxminən 120 kilo çəkisi olan bir serjant da yaxınlaşıb məni təhqir etməyə başladı və sonda özünün ailəsinə yaraşan söyüşü edib getdi”.
A.İsmayılov yazır ki, təxminən 40 dəqiqə onu saxladaraq, "naryad” çağırıb, onu bölməyə aparacaqlarını deyiblər: "Bu müddət ərzində dəfələrlə DYP-nin mətbuat xidmətinin rəhbəri, daim yol polisi işçilərinin mədəniyyətindən dəm vuran Kamran Əliyevə və digər yüksək çinli polis əməkdaşlarına zəng edib yerində hadisəni araşdırmalarını tələb etsəm də, gələn olmadı. Zəng etdiyim şəxslərin davranışından bu mayorun çox çəkiniləcək birisinin adamı olduğuna şübhəm qalmadı. Sonda dəfələrlə məni maşından çıxıb onlarla səmimi söhbətə dəvət etsələr də, çıxmadım. Bir saatdan sonra "rəhbərlik göstəriş verdi ki, ziyalı birisi olduğundan sürücünü xəbərdarlıq edib buraxın”dedilər.
Təxminən bir saat həmin dairədə minlərlə insanın gözü qarşısında təhqir olundum”.
Vəkil deyir ki, bu zaman gözünün önündə DYP maşınının üstünə çıxıb, çəkiclə onu sıradan çıxaran vətəndaş (Şahin Mail oğlu Bəylərov) canlanıb və əvvəllər onu qınadığı üçün peşimançılıq keçirib:"Əminəm ki, son dövrlər polisə qarşı olan zorakılıq hərəkətlərinin tez-tez təkrarlanması polisin özünün davranışı ilə bağlıdır və bu cür davam edərsə ağır nəticələrə gətirəcəyinə şübhə etmirəm. Ən azından bu davranışla, həmin mayorun iştirakı ilə ağır cinayətin baş verəcəyinə şübhə etmirəm, çünki onun davranışı ilə filmlərdə göstərilən ən qatı cinayətkarların hərəkəti arasında heç bir fərq yoxdur”.
Aslan İsmayılov daha sonra ona qarşı kobudluq etmiş DYP mayorunun kimliyindən yazır: "Bu dəqiqələrdə aldığım məlumatlara görə, həmin polis mayorunun adı Mübariz İsmayılovdur. Xidməti DYP maşınının nömrəsinə uyğun 10 YY 501 nömrə nişanlı ağ rəngli "Mercedes G63 AMG" idarə edir və xüsusi azğınlığı ilə şəhərdə ad çıxarıb. Əslən Nehrəmlidir, güləşçi olub, tərcümeyi-halını yazmağa qadir deyil. Elə buna görə də 2011-ci ildə digər hüquq-mühafizə orqanları təfərindən həbs də olunub və qısa zamanda azad edilib. Maşını isə uzun müddət cərimə dayanacağında olub. Şübhəm yoxdur ki, onun arxasında ölkədə güc sahibi olan birisi dayanır”.
Vəkil sonda bildirib ki, sabah Baş Prokuror Zakir Qaralova və DİN başçısı Ramil Usubova Mübariz İsmayılov haqqında tədbir görülməsi üçün rəsmi ƏRİZƏ ilə də müraciət edəcək.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi