10-03-2016 [21:40]
Azərbaycanda böyük təntənə ilə qeyd edilən Novruz Bayramında vətəndaşlar istirahət üçün xarici ölkələrə üz tuturlar. Ancaq yerli istirahət mərkəzlərinə yollananlar da az deyil.
Azərbaycanda ən uzun tətil olan Novruzda rayonlara getmək istəyənlər üçün BAKU.WS qiymətlərlə maraqlanıb. Təbiətin qoynunda istirahət etmək istəyənlər lyuks otellərdə bayramı qeyd edəcək.
"Qafqaz Sport Hotel" Qəbələ şəhərinin mərkəzinə yaxın yerdə yerləşən beş ulduzlu rezort tipli oteldir. Qəbələ QafqaZ otellərində 22-24 Mart tarixlərində şou proqram təşkil edəcək.
"Qafqaz Sport" otelində qonaqlama qiymətlərinə daxildir:
- Yüksək komfortlu otaqlarda qonaqlama
- Səhər Yeməyi (İsveç masası)
- SPA Mərkəzindən istifadə
- Qapalı hovuz, Türk Hamamı və s. istifadə
- Yüksək Sürətli Wireless Internet
Əlavə qonaqlar üçün ödəniş:
Körpə: 0 - 6,99 yaş - pulsuz
Uşaq: 7 - 11,99 yaş: - 10 AZN
3-cü böyük (12 yaş və daha böyük): - 20 Azn

"Qafqaz Karvansaray Hotel" Qəbələdə yerləşən butik tipli beşulduzlu oteldir. Qəbələ QafqaZ otellərində 22-24 Mart tarixlərində Viktorinalar "Kosa” və "Keçəl” uşaqları Novruz bayramının adət-ənənələri ilə tanış edəcək.
"Qafqaz Karvansaray" otelində qonaqlama qiymətlərinə daxildir:
- Yüksək komfortlu otaqlarda qonaqlama
- Səhər Yeməyi (İsveç masası)
- SPA Mərkəzindən istifadə
- Qapalı hovuz, Türk Hamamı və s. istifadə
- Yüksək Sürətli Wireless Internet
Əlavə qonaqlar üçün ödəniş:
Körpə: 0 - 6,99 yaş - pulsuz
Uşaq: 7 - 11,99 yaş: - 10 AZN
3-cü böyük (12 yaş və daha böyük): - 20 Azn

"Rixos Quba" otel kompleksi alt qatları ilə birlikdə 8 mərtəbəli binası, 16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa edilib. 200 yerlik otel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də var. "Rixos Quba" otelində istirahət etməyə gələnlər həmçinin premium səviyyəli kotteclərdə də qala biləcəklər.
Şəhərin səs-küyündən və narahatlığından uzaqda, nadir memarlıq üslubunun təbii mühitlə maraqlı bir tərzdə birləşdiyi iri bir ərazidə "Samaxi Palace Sharadil" oteli yerləşir. Şamaxı şəhərindən 19 km aralıda Şahdağ Milli Parkının ərazisində yerləşən otel məsum təbiətin təkrarolunmaz ab-havası ilə bura gələn qonaqları məsum təbiətin təkrarolunmaz ab-havası ilə öz ağuşuna alır.
Apartamentlər buraya gələnlər üçün yaşıl rəngin bütün çalarlarında olan həqiqi təbiətin gözəlliklərinə ecazkar görüntünü açır. "Samaxi Palace Sharadil" qonaqlara öz memarlıq dəbdəbəsi və təmtərağından qat-qat üstün olan xidmətlərini və çoxsaylı tədbirlərini təklif edir:
1 gecədən 3 gecəyə qədər qiymət - 139 AZN-dən (BB) təqdim olunacaq
3 gecə qalan qonaqlar üçün qiymət - 129 AZN-dən (BB)
4 gecə qalan qonaqlar üçün qiymət - 119 AZN-dən (BB)
5 gecə və artıq qalan qonaqlar üçün qiymət - 109 AZN-dən (BB) təqdim olunacaq.

"Şamaxı Palace" otelində qonaqlama qiymətlərinə daxildir:
- Yüksək komfortlu otaqlarda qonaqlama
- Səhər Yeməyi Yemək Planı. Qalınan hər gün Səhər Yeməyi qiymətə daxildir (İsveç masası)
- Serenity SPA Mərkəzindən istifadə (Böyüklər və uşaqlar üçün hovuzlar, Türk və Fin Hamamları, Steam Room, Relaxation Room)
- Uşaq Əyləncə Klubu, Kosa və Keçəl Əyləncəli uşaq proqramları
- Oyun və Əyləncə Vasitələri (ödənişli və ödənişsiz)
- Fitness Mərkəzindən İstifadə
- İrish Pub-da hər axşam DJ Performansı və hər gün Lobby Canlı Musiqi saatları
- Yüksək Sürətli Wireless Internet
Əlavə qonaqlar üçün ödəniş:
- Bütün otaq kateqoriyaları üçün 6 yaşa qədər 2 uşaq ödənişsizdir (eksta bed daxil deyil, 1 extra bed üçün qiymət 20 AZN)
- 7-12 Yaş arası bir uşaq üçün otaq qiymətinə əlavə: 30 AZN (extra bed qiyməti daxildir).
- 12 yaşdan yuxarı (böyük) 3-cü şəxs üçün otaq qiymətinə əlavə: 45 AZN (extra bed qiyməti daxildir).

"Park Chalet Hotel"də bayram ərəfəsində 1 günlük qonaqlama 195 manatdır. Qiymətə səhər yeməyi daxildir və söhbət 2 nəfərlik sifarişdən gedir. Həftə içi isə 2 nəfər üçün bir gecəlik qonaqlama 135 manatdır.
"Pik Palace Hotel"də isə bayram günlərində 1 gecəlik 2 nəfər üçün qonaqlama 225 manatdır. Həftə içi günlərdə isə qiymət 160 AZN-dir.
"Garabag Resort"da Novruz bayramında 2 nəfərlik qiymət 138 manatdır. Maraqlısı bundadır ki, otellərdə qiymətlər kifayət qədər yüksək olsa da yerlər məhduddur.
Naftalanda yerləşən "Çinar Hotel"də bayram keçirmək istəyənlər 1 həftə istirahət üçün 1080 manat ödəməlidir. Bu ödənişi edənlər, hətta bayram ərəfəsində pulsuz müalicə də oluna bilər. Bir gecə istirahət üçün isə, nə az, nə çox 155 manat ödənilməlidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi