İcra başçısına yeni müavin təyinatı oldu...

img

10-03-2016 [17:27]


Ucar rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Modern.az saytı xəbər verir ki, indiyədək Ucar rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəisi vəzifəsini tutan Əliş Cəbrayılov icra başçısının birinci müavini təyin edilib.

Başçının birinci müvini postundan azad edilən Əbil Mehdiyev isə Kənd Təsərrüfatı Nazirliyinin Ucar rayon şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovdur. O, ötən ilin yanvarından bu vəzifədə işləyir. İcra baçısı həm də nazir Ziya Məmmədovun əmisi oğludur.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA