10-03-2016 [17:12]
Qlobal Bakı Forumu çərçivəsində Suriyadakı müharibəyə həsr olunan "Suriya naminə qlobal məsuliyyət: fəaliyyət planına doğru” mövzusunda panel keçirilib
APA-nın məlumatına görə, panelin aparıcısı, İsveçin Suriyadakı səfiri Piter Semnebi bildirib ki, hazırda Suriyada baş verənlər dünyanın ən qəddar müharibəsidir.
O qeyd edib ki, bu, artıq bəşəri böhrandır və dünya bunun qarşısını almalıdır.
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini deyib ki, hazırda Suriya böhranının həlli ilə faktiki olaraq iki koalisiya - Qərb və Rusiya-İran koalisiyası məşğuldur: "Suriyaya müdaxilə ilə bağlı onu deyə bilərəm ki, bu, olmalıydı. Amma elə etmək lazımdır ki, hər iki koalisiya fərqli mövqe nümayiş etdirməsin və eyni mövqedən çıxış etsinlər. Təbii ki, əgər biz Suriya böhranının tezliklə aradan qalxmasını istəyiriksə”.
Sabiq nazirin sözlərinə görə, Suriya müharibəsi fonunda Avropaya axışan qaçqın ordusu onlar üçün gözlənilməz olub: "Biz bunu gözləmirdik. Hazırda Avropaya axışan qaçqın ordusu gələcək böhrandan xəbər verir. Biz ümumiyyətlə, bu böhranların öhdəsindən gəlmək üçün əvvəldən səhv addımlar atmamalıydıq. Ən böyük səhv o idi ki, biz əvvəldən Bəşər Əsədin hakimiyyətdən getməsini tələb etməməliydik”.
Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç də Suriya müharibəsinin dünya üçün ciddi problem yaratdığını vurğulayıb: "Qaçqınlar bu problemin nəticələrindən biridir”.
Onun fikrincə, Suriyada baş verənlər enerji uğrunda mübarizənin bir formasıdır və bunu açıq söyləmək lazımdır.
Livanın sabiq prezidenti Amine Gemayel Suriya böhranının əslində çoxtərəfli münaqişə olduğunu söyləyib: "İnsanlar Suriyada 40 ildən çox davam edən diktaturadan yorğun düşmüşdü. Hazırkı böhranın nəticələri isə iqtisadi və sosial cəhətdən çox dramatik oldu. İnsanlar ölkəni tərk edərək Avropaya və Türkiyəyə köçməyə məcbur qaldı. Münaqişənin iki tərəfi haqda danışa bilərəm. Birincisi İran və onun müttəfiqi "Hizbullah”ın timsalındadır. Digəri isə Səudiyyə Ərəbistanı və onun müttəfiqləridir. Bir mühüm məsələni də qeyd edim ki, Suriyada hazırda "neoşiəlik” baş qaldırır. Bu da İran tərəfindən diktə olunan məsələdir və sünni nasionalizminin yaranmasına səbəb olur. Bu, fanatiklərin ölkədə hərəkətini aktivləşdir”.
Türkiyənin sabiq xarici işlər naziri və keçmiş TBMM sədri Hikmət Çətin çıxışında deyib ki, hazırda dünya ölkələri heç bir münaqişəni həll edə bilməyəcək durumdadırlar. O, Qarabağ münaqişəsini də buna misal çəkib. H. Çətin qeyd edib ki, Suriya problemi həll edilməsə, bu, dünyada 3 qlobal prosesə səbəb ola bilər: "Birincisi, qlobal terrorizm, ikincisi isə qaçqınlar problemidir. Regionda sünni islam məzhəbinin şiələrə qarşı çıxış etməsi təhlükəsi də var. Biz süni-şiə müharibəsi istəmirik. Dünya sülh proseslərinə öz töhfəsini verməlidir”.
H. Çətin bildirib ki, hazırda Türkiyədə 3 milyona yaxın qaçqın var: "Rəsmi məlumatlara görə, indiyədək 271 min insan öldürülüb, bunlardan 13500-ü uşaqdır. Suriyadakı vəziyyət düzgün qiymətləndirilmədi. Bəşər Əsədin güclü ordusu var idi. Bundan başqa, Rusiya və İranın ona dəstəyi də nəzərə alınmadı. Demokratiyanı ölkəyə kənardan gətirmək mümkün deyil. Bu, İraqda baş verdi və İraqın iki yerə bölünməsinin şahidi olduq”.
H. Çətin B. Əsədə qarşı mübarizəni gücləndirməyə çağırıb və problemin onun hakimiyyətdən getməsi ilə həll olunacağını söyləyib.
Panel sual-cavablarla davam edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi