Prezident Bakı buxtasında tikilən quru yük limanı məntəqəsinin açılızında iztirak edib

img

16-03-2010 [06:38]


Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Bakı buxtasında tikilən quru yük limanı məntəqəsinin açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən qırmızı lenti kəsib. İlham Əliyev əvvəlcə məntəqənin inzibati binasında yaradılmış şəraitlə tanış olub. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş guşə yaradılmış, ümummilli liderin büstü qoyulub. Məlumat verilib ki, tikintiyə 2008-ci ilin may ayında başlanıb. Layihəyə Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq dövlət büdcəsindən vəsait ayrılıb. Liman məntəqəsindən yalnız quru yüklər daşınacaq. Bu obyektin tikintisindən başlıca məqsəd ekologiyanı sağlamlaşdırmaqdan, sənaye müəssisələrini paytaxtın mərkəzindən kənara köçürməkdən və respublikamızdan yükdaşımaların həcmini artırmaqdan ibarətdir. Ərazidə quru yüklərin boşaldılması üçün bir neçə körpü və anbarlar da tikilib. Dövlət başçısı anbara da baxıb. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA