Əbülfəs Qarayevin səlahiyyəti əlindən alındı - Hökumət qərarı

img

10-03-2016 [11:55]


Nazirlər Kabineti "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

Mia.az apa-ya istinadən verdiyi məlumatına görə, Qaydaya əsasən indiyə qədər mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər müəyyən edilib.

Dəyişikliyə əsasən Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə səlahiyyəti məhdudlaşdırılıb. Başqa sözlə, bundan sonra mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırıldıqdan sonra tədbirlər müəyyən ediləcək.

Qaydaya əsasən müsabiqə iştirakçılarının təkliflərinin qiymətləndirilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb. Komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılıb, qərarları sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilib. Komissiya öz iş qaydasını müəyyən edib. Dəyişikliyə əsasən isə bundan sonra Komissiya müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları barədə məlumatları rəyin bildirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA