Pensiyaçıların diqqətinə: Elman Mehdiyevin qrafiki açıqlandı

img

09-03-2016 [20:25]


Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 mart 2016-ci il tarixdə, saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və  Şirvan şəhərinin sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Mia.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun  info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: 

Fondun Aparatında - (012) 434-12-34

Salyan rayon şöbəsində - (02125) 5-50-61

Şirvan şəhərinin şöbəsində - (02121) 5-10-22 

Haciqabul rayon şöbəsində - (02120) 4-41-31

Neftçala rayon şöbəsində - (02126) 3-34-00     

Biləsuvar rayon şöbəsində - (02529) 5-00-22 

Qəbulda iştirak edəcək vətəndaşların martın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA