Prezidentdən Fərman: bu dövlət qurumunun adı dəyişdi, əlavə səlahiyyət verildi

img

09-03-2016 [19:34]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti haqqında Fərman imzalayıb.

Fərmana əsasən "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərəcək, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirəcək.

AzerTac


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA