09-03-2016 [16:11]
İctimaiyyətdə "balaca padşahlar” kimi də adlandırılan icra başçılarının son günlər "kresloları laxlayır”. Ekspertlər hesab edirlər ki, manatın ikinci devalvasiyasından sonra rayonlarda baş verən etiraz aksiyaları icra başçılarının fəaliyyətlərinə hökumət tərəfindən nəzarəti bir qədər də artırıb. Nəticədə isə bir çox icra başçılarının fəaliyyətlərində ciddi nöqsanlar aşkarlanıb.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev martın 3-də və 4-də imzaladığı sərəncamlarla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevi, Laçının icra başçısı Akif Səlimovu və Salyanın icra başçısı Tahir Kərimovu vəzifəsindən azad etdi.
Vəzifəsindən azad edilən hər üç icra başçısı haqqında prezidentin sərəncamından öncə sosial şəbəkələrdə geniş müzakirələr aparılıb, onların fəaliyyətləri və hərəkətləri ictimaiyyət tərəfindən xeyli qınağa səbəb olmuşdu. Bu baxımdan, ölkə başçısının icra başçıları ilə bağlı sərəncamı ictimaiyyət tərəfindən müsbət qarşılandı.
Lakin nöqsanlı fəaliyyətləri səbəbindən xalqın qınağına səbəb olan icra başçıları ilə bağlı siyahı bu üç şəxslə bitmir. İctimaiyyətdə daha bir neçə icra başçısından narazılıqlar səsləndirilir. Misal üçün haqqında ən çox danışılan icra başçılarından Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun, 2005-ci ildən Ağcabədinin icra başçısı vəzifəsində çalışan Şahin Məmmədovun, 2007-ci ildən Ağsunun icra başçısı olan Ənvər Seyidəliyevin, Yasamal rayon icra başçısı İbrahim Mehdiyevin adlarını çəkmək olar. Bu siyahını bir qədər də uzada bilərik.
Əslində isə ölkədə icra başçılarına kifayət qədər geniş səlahiyyətlər verilib. Ekspertlər bildirirlər ki, onlar mövcud səlahiyyətlərinə əməl edərlərsə, həm şəhərlərin idarəetməsi, həm də xalqın güzəranı daha yaxşı ola bilər.
İcra başçılarının fəaliyyəti ilə bağlı politoloq Fərhad Mehdiyev bu vəzifədə olan şəxslərin görməli olduqları işlər barəsində danışıb.
O, söyləyib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri azdır. Bunun əksi olaraq, yerlərdə səlahiyyətlərin çox hissəsi icra başçılarına aiddir: "Bura abadlıq işlərindən tutmuş, əhalinin müəyyən sosial problemlərinin həll olunmasına qədər müxtəlif məsələlər daxildir. İdarəetmə formalarına gəldikdə isə bizdə icra başçılarının çoxunu ixtisaslaşmış mütəxəssis saymaq olmaz. Doğrudur ki, bu vəzifəyə təyin edilən şəxslər əsasən yerli strukturlardan gətirilirlər. Eyni zamanda onları xaricdə müəyyən təlimlərə aparırlar. Ancaq hesab edirəm ki, buna baxmayaraq, onların gördükləri işlər peşəkarlıqdan xeyli uzaqdır. Avropa ilə müqayisədə Azərbaycanda şəhərin idarə edilməsi olduqca aşağı səviyyədədir. Eyni zamanda ölkədə icra başçılarının korrupsiya əməlləri də var. Bu şəxslərin bəzilərinin ölkəyə vurduqları zərərlərin gələcəkdə bərpası isə çox çətin başa gələcək. Misal üçün ölkədə yol kənarlarındakı boş yerlərin çoxu qeyri-şəffaf formada satılır. Sənədlərə baxdıqda görürük ki, guya, bu yerlər kimlərəsə icarəyə verilib. Halbuki reallıqda bu, belə deyil”.
Bəs, icra başçılarını vəzifədən azad etməklə idarəetmədə hər şeyi qaydasına salmaq mümkündürmü?
Məsələ ilə bağlı politoloq Natiq Miri bildirib ki, 1990-cı illərdən indiyə qədər onlarla icra başçısı dəyişdirilib: "Ancaq mahiyyət etibarı ilə müsbət mənada heç nə dəyişməyib. Bu gün ölkədə xalqın razı olduğu icra başçısı tapmaq çətindir. Ümumiyyətlə, belə bir fakt yoxdur. Bu isə onu göstərir ki, təyinat zehniyyəti və idarəetmə sistemi dəyişməlidir. Bu iki əsas faktor dəyişmədən mahiyyət etibarı ilə idarəetmədə hansısa ciddi dəyişikliyin baş verəcəyini söyləmək olmaz. Ona görə də bu gün hətta xaricdə təhsil alan, təşəbbüskar və savadlı gənci belə, istənilən rayona icra başçısı təyin etsələr, o, köhnə idarəetmə sistemi ilə heç nə edə bilməcək. Eyni zamanda bu sistemdə icra başçılarını təyin etdirən xüsusi hakimiyyət şəbəkələri var. Hər bir icra başçısı hakimiyyətin içərisində olan müxtəlif şəbəkələrə bağlıdır. Buna görə də onlar bağlı olduqları şəbəkələrin korporativ maraqlarını güdürlər”.
N.Miri bildirib ki, icra başçılarının seçki yolu ilə seçilməsi demokratik ənənənin başlanğıcı olardı: "Ancaq burada da əsas məsələ seçkinin necə keçirilməsidir. Əgər bu seçkilərdə demokratik əsaslar olmayacaqsa, təyinat üsulu əsas götürüləcəksə, mahiyyət yenə də dəyişməyəcək. Yenə də seçkilər adı ilə xalqın seçmədiyi icra başçıları təyin olunacaq. Bu isə xalqın onlara qarşı narazılığını aradan qaldırmayacaq”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi