Əsgər Ələkbərovun bazçılığı ilə DiN-nin nümayəndələri məcburi köçkünlərlə görüzüb

img

16-03-2010 [05:12]


Novruz bayramı ərəfəsində daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-nin nümayəndələri Sabirabad rayonundakı Şəhriyar köçkün düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. DİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, nazir müavini doğma yurd yerlərindən erməni təcavüzü nəticəsində didərgin düşmüş soydaşlarımızı DİN rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını, ən səmimi duyğularını çatdırıb. Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatlıq vəsaitin 40 min manatı Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırılıb. Görüşdə iştirak edən qaçqın və məcburi köçkünlər daimi diqqət və qayğıya görə dövlətimizin başçısına və DİN rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Bundan əlavə, əməkdaşlarımızın topladıqları vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA