BAMF ilə Almaniya Universiteti arasında memorandum imzalanıb

img

16-03-2010 [04:01]


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Almaniyanın Eberhard Karls adına Tübingen Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial və mədəni antropologiya fakültəsi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən BAMF-ın sədri Umud Rəhimoğlu bildirib ki, bir müddət əvvəl aparılan danışıqlar bu memorandumun imzalanması ilə nəticələnib. U.Rəhimoğlu tərəflərin bu memorandumla öz üzərlərinə bir çox öhdəliklər götürdüyün deyib: ?Beynəlxalq Avrasiya Mətbuat Fondu və Almaniyanın Eberhard Karls adına Tübingen Universitetinin Asiya və Şərq Elmlərinin Öyrənilməsi İnstitutunun sosial və mədəni antropologiya fakültəsinin rəhbərliyi təhsil sahəsində mübadilənin faydalı olmasını tanıyır və təcrübə keçmək sahəsində əməkdaşlığın hər iki tərəf üçün maraqlı olması faktı ilə razıdırlar. Hər iki tərəf birgə fəaliyyət sahələrinin xüsusiyyətlərini özündə əks etdirən bu Anlaşma Memorandumuna daxil olur?. Üç il müddətinə imzalanmış memoranduma əsasən, sosial və mədəni antropologiya fakültəsi BAMF-da iş təcrübəsi keçməkdə maraqlı olan tələbələri müəyyənləşdirib onların səfərlərini təşkil edəcək. BAMF isə müntəzəm olaraq gələn tələbələri təcrübə keçmək üçün qəbul etməyi öz öhdəsinə götürüb. Memorandum imzalanandan sonra fakültənin rəhbəri Prof. Dr. Ronald Hardenberqdən U. Rəhimoğluna məktub da gəlib. Məktubda deyilir: ?Cənab Umud Rəhimoğlu, Sizinlə bu razılaşmaya gəldiyimizdən çox şadam. Bizim tələbələrimizin gələcəkdə təcrübə keçməsi üçün sizin kimi tərəfdaşımızın olmasından çox məmnunuq və sizinlə uğurlu əməkdaşlığa ümid edirik. Sizin təşkilatın fəaliyyətinə yardımçı ola biləcək açıq zəkalı, fəal tələbələrin müəyyənləşdirib göndərilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik?. Xatırladaq ki, tələbə-gənclərin, xüsusilə əcnəbi tələbələrin BAMF-da təcrübə kecmələri və müxtəlif layihələrdə könüllü kimi çalışmaları uzun illərdən bəridir ki, ənənə şəklini alıb. İndiyədək Amerikadan, İspaniyadan, Fransadan, Almaniyadan, Pakistandan, Çindən, Rusiyadan, İraqdan və dügər ölkələrdən onlarla gənc bu təşkilatda təcrübədə olub, müxtəlif bacarıq və vərdişlərə yiyələniblər. 2003-cü ildən isə BAMF Bakı Slavyan Universitetinin tələbələri üçün istehsalat təcrübəsi bazası rolunu oynayır. 2007-ci ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) yaradılmasına da BAMF yaxından dəstək verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA