08-03-2016 [16:31]
Qobustan rayonu, Cəyirli kəndinin sakinləri Mia.az-a şikayət məktubu və ona əlavə olunmuş fotolar göndəriblər.
Şikayətçilərin Mia.az vasitəsiylə aidiyyatı orqanların rəhbərlərinə ünvanladıqları məktubu təqdim edirik və ümid edirik ki, göstərilən faktlar araşdırılıb, qanuni tədbirlər görüləcəkdir:
"Hörmətli redaksiya!
Biz, aşağıda adları göstərilən Qobustan rayonu, Cəyirli kəndinin sakinləri nəzərinizə çatdırırıq ki, hazırda Bakı-Şamaxı avtomagistralının 102 – 103-cü kilometrliyində, yolun kənarında yerləşən, Qobustan rayonu, Cəyirli kəndinin ərazisinə daxil olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan meşə massivi qəddarcasına məhv edilmiş, yerində yeni restoran tikintisinə başlanılmışdır. Həmin ərazidəki meşə örtüyü - Şamaxı şəhəri, M.Qəniyev küçəsi, ev 5-də qeydiyyatda olan və yaşayan, Bakı-Şamaxı avtomagistralının Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisindən keçən hissəsində "İnsaf” adlı kafenin sahibi Xasiyev Durhüseyn Möhübbət oğlu tərəfindən yararsız hala salınmışdır.
Belə ki, Durhüseyn Xasiyev maddi imkanlarından və şəxsi nüfuzundan istifadə edərək Bakı-Şamaxı avtomagistralının 102 – 103-cü kilometrliyində, yolun kənarında təxminən 1000 metr məsafədə olan ağacları amansızcasına kəsdirərək orada yeni restoranının tikintisi məqsədilə şəxsi texnika və tikinti materialları gətirmişdir. Ağacların kəsilməsi əsasən gecə saatlarında həyata keçirilir. Eyni zamanda, mütəmadi olaraq 200 ədəd ağacın ətrafına silitra turşusu tökülərək onların məhv edilməsi üçün zəmin yaradılır. Durhüseyn Xasiyevin əsas məqsədi göstərilən ərazidə iri restoran və çoxsaylı koteclər tikərək əxlaqsızlıq yuvaları yaratmaq istəməsidir.
Rayon sakinləri tərəfindən, həmin ərazinin meşə massivinin qorunmasına cavabdeh olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Xırdalan Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, qətiyyən qanuni tədbir görülməmiş, əvəzində sakinlər incidilərək narazı salınmışdır. Həmçinin, varlı iş adamı olan Durhüseyn Xasiyev sakinləri etiraz etdiklərinə görə dəfələrlə təhqir etmiş, onların özlərinə və ailə üzvlərinə hədə-qorxu gəlmişdir. O, sakinlərlə söhbətləri zamanı yuxarı dairələrdən razılıq aldığını və kifayət qədər pul ödəyərək onları susdurduğunu vurğulamışdır.
Əlavə olaraq qeyd etmək istərdik ki, həmin ərazidə meşə massivi Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə salınmış və buna külli miqdarda vəsait xərclənmişdir.
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil respublikamızda daim ekologiyaya və ətraf mühitə sonsuz diqqət və qayğı göstərilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev daim öz nitqlərində ekologiyanın qorunmasını dövlətin vacib vəzifələrindən biri kimi qeyd etmişdir. Həmçinin, Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizin inkişafı və gözəlləşməsi naminə uğurlu strategiya və inkişaf siyasəti aparılmış, nəticədə regionlarımızın maddi, sosial, ekzotik görünüşü ideal səviyyəyə yüksəlmişdir.
Lakin, Durhüseyn Xasiyev kimi bəzi amansız və qəddar iş adamları həmin strategiyaya qarşı çıxmaqla xalqın, dövlətin, o cümlədən gələcək nəsillərə ötürməli olduğumuz təbiətin qənimi kəsilmiş, özbaşınalıqla məşğul olmuşdurlar.
Sizdən sonsuz dərəcədə xahişimiz budur ki, Prezidentimiz cənab İlham Əliyevin sosial strategiyasına, ekoloji siyasətinə qarşı çıxan, 1 kilometr məsafədə meşə massivini tamamilə məhv edən Durhüseyn Xasiyevin qanunsuz əməllərinin qarşısının alınmasında Qobustan rayon sakinlərinə öz yardımınızı göstərəsiniz.
İmza:
Abasov Zakir Bahadur oğlu:
Sadıqov Daşqın Qaraxan oğlu:
Abduləliyev Mahmud Novruz oğlu:
Təhməzov Şahin Səbzalı oğlu:
Abduləzizov Soltanəli Tarverdi oğlu:
Aslanov Ayəddin İsrafil oğlu:
Bəhrəmov Vəlixan Əjdər oğlu".
Şikayətlə bağlı qarşı tərəflərin mövqeyini də dərc etməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi