Zakir Həsənov tapşırıq verdi; Cəbhə bölgəsində toplantı

img

08-03-2016 [13:26]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, cəbhəyanı bölgədə təşkil olunan toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması haqqında təlimat" barədə müdafiə nazirinin müvafiq qərarı və onun icrasını təmin etmək məqsədilə hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri üçün hazırlanmış yardımçı vəsaitlər şəxsi heyətə çatdırılıb.

İxtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, psixoloji hazırlığı, psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçuların müəyyən edilməsi və onlara psixoloji yardımın göstərilməsi üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA