Cəbhə xəttində monitorinq aparan ATƏT nümayəndələrinin mazınları Ağdamda bataqlığa düzüb

img

16-03-2010 [03:12]


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 16-da Azərbaycan Respublikası Ağdam rayonunun Təzəkənəd kəndinin cənub istiqamətindəki təmas xəttində keçiriləcək monitorinq baş tutmayıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, monitorinq keçirilməzdən əvvəl Azərbaycanın Müdafi Nazirliyi tərəfindən sözügedən ərazinin əlverişsiz, bataqlıq sahə olduğu ATƏT nümayəndələrinin nəzərinə çatdırılıb. Lakin onlar təkidlə məhz Ağdam rayonunun Təzəkənəd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirmək istədiklərini bildiriblər. Bu təkiddən sonra monitorinqə icazə verilib. Bu gün isə ATƏT nümayəndələrini aparan nəqdliyyat vasitələri həmin göstərilən ərazidə bataqlığa düşüb. Yerli əhalinin, texnikanın köməyi ilə maşınlar bataqlıqdan çıxarılıb. Nəticədə monitorinq baş tutmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA