Hökumət qərar verdi: 9 nəfərin qaçqın statusu ləğv edilib

img

07-03-2016 [15:15]


Azərbaycanda ötən il ərzində 9 nəfərin qaçqın statusu ləğv edilib. Bununla da ölkədə qaçqın statusu alaraq yaşayanların sayı 63 nəfərə enib.
Bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti barədə hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, ötən il ərzində 146 əcnəbi (ailə üzvləri ilə birlikdə 255 nəfər) qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. 121 əcnəbiyə qaçqın statusunun verilməsi barədə vəsatətlərin təmin olunmamasına, 43 əcnəbi haqqında isə qaçqın statusunun verilməsindən imtina edilməsinə dair qərarlar qəbul edilib.
Hazırda 6 əcnəbinin (ailə üzvləri ilə birlikdə 14 nəfər) vəsatəti icraatdadır. 2015-ci il ərzində Azərbaycanda müraciət edənlərdən heç birinə qaçqın statusu verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA