07-03-2016 [14:50]
Azercell Telekom MMC-nin dəstəyi ilə ölkəmizdə daha bir maraqlı yarışmaya start verilir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "Barama HackDay 2016” layihəsi baş tutacaq.
Məlumat üçün bildirək ki, bütün dünyada məşhur olan Hackathon müəyyən bir mövzu ilə bağlı developerlərin bir araya gəlib məhdud zaman ərzində komandalar şəklində rəqəmsal resurslar hazırladığı bir yarışdır. Developerlər üçün "party” (bayram) sayılan bu tədbirin əsas məqsədi, yeni "hacker”, yaxud developelərin tanış olmalarına, bu mədəniyyətin dərindən öyrənilməsinə və insanlara faydalı olacaq məhsulların istehsalına şərait yaratmaqdır. 10-11 Mart tarixlərində "Python ilə veb proqramlaşdırmanın əsasları” adlı təlimlə elan olunacaq tədbirə, 12 Mart 09:00-da start veriləcək. 36 saat davam edən yarışma 13 mart 21:00 dayandırılacaq. 14 mart 10:00-da baş tutacaq mükafatlandırma mərasimi ilə HackDay2016 yarışı yekunlaşacaq. Proqramçılar bu müddət ərzində yarışın "Code. Eat. Sleep” (Kodlaşdır. Ye. Yat) şüarına uyğun olaraq yatmadan işləyəcəklər.
Arzu edənlər http://hackday2016.barama.az/ saytından qeydiyyat formunu doldurmaqla və verilən kiçik tapşırığı yerinə yetirməklə Barama HackDay’a qoşula bilər. Azercell-in baş sponsorluğu, PAŞA Bank və Huawei Mobile Azərbaycanın sponsorluğu ilə təşkil olunan yarışda 1-ci yerə layiq görülən komanda üzvləri Huawei şirkəti və Azercell tərəfindən qiymətli hədiyyələr ilə mükafatlandırılacaq. Yarış müddətində proqramçıların yemək təminatını isə "PizzaMizza” şirkəti öz öhdəsinə götürüb. Tədbirin rəsmi informasiya dəstəyi technote.az informasiya portalıdır.
Məlumat üçün bildirək ki, Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 6 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlayıb, onlardan 20-i uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranıb. 2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubatoru kimi formalaşdırıb,Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi adı altında ictimaiyyətə təqdim olunub.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi