Bir neçə orta məktəbə yeni direktorlar təyin olunub

img

16-03-2010 [02:56]


Yol verdikləri nöqsanlara görə direktorları işdən çıxarılan 10 orta məktəbin bəzilərinə yeni direktorlar təyin olunub. Təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, məktəb direktoru vəzifəsinə öz namizədliyini irəli sürən şəxslər də çoxdur: ?Bəzi adamlar deyirlər ki, məni direktor təyin edin. Çox qəribədir ki, adam özü-özünü vəzifəyə təyin etmək istəyir. Məktəb direktoru olmaq üçün ilk növbədə orta məktəbdə müəyyən müddət çalışmaq, məktəbin problemlərini bilmək, onun idarə edilməsində bilavasitə iştirak etmək lazımdır. Həmin adam heç olmasa bir müddət məktəb direktorunun müavini işləməlidir. Biz həmin şəxslərdən nazirlikdə imtahan götürürük. Kim imtahandan uğurla çıxacaqsa, onların məktəb direktoru təyin olunmasına razılıq verəcəyik?. Qeyd edək ki, Təhsil Nazirliyinin ?Qaynar xətt?inə edilən müraciətlər əsasında yol verdikləri nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37, 228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 saylı orta məktəblər) direktoru vəzifəsindən azad edilib, 5 məktəb direktoruna isə (38, 151, 139, 94 və 270 saylı məktəblər) töhmət verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA