07-03-2016 [12:54]
Tanınmış vəkil Adəm Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi barədə səsləndirdiyi fikirləri sübut edəcək səs yazısını ictimailəşdirib.
Bu barədə Modern.az saytına məlumat verən vəkil bildirib ki, səs yazısını yaymaqda məqsədi səslənən fikirlərin hər birinin hüquqi əsası olduğunu sübut etməkdən ibarətdir: "Qoy hamı bilsin ki, müvəkkilim Eynur Kərimov komitə rəsmilərinin yaydıqları məlumatlarda səsləndirdikləri kimi şərçi, böhtançı xarakterə malik insan deyil. Bu səs yazısını dinləyən hər kəs tərəfimizdən səslənən ittihamların həqiqəti əks etdirdiyinin bir daha şahidi olacaq. Diqqətə çatdırmaq istəyirik ki, əlimizdə istintaqın gedişinə kömək edə biləcək yetərli qədər video və audio material var. Sadəcə istintaq sirri olduğu üçün əlimizdəki materialı tam versiyada ictimailəşdirmək istəmirik”.
A.Məmmədov Hicran Hüseynova və Səfər İmanovun qohumluq əlaqələrini sübut edəcək daha bir əsaslı faktı ortaya qoyub: "Araşdırmalarımız zamanı məlum olub ki, Səfər İmanovun atası Bəbir İmanov komitə sədrinin atası Kamran Hüseynovun dayısı oğludur. Bəbir İmanovu yaxından tanıyanlar onun çox böyük hörmətə və nüfuza sahib ziyalı olduğunu bildirirlər.
Qeyd edim ki, Səfər İmanovun atası Bəbir müəllim oğlunun başına gələn hadisələrlə bağlı qohumu və komitə sədri Hicran Hüseynovanın dəfələrlə qəbulunda olmağa çalışıb, komitə sədri onu qəbul etməyib.
Oğlunun başına gələnlərdən təsirlənən Bəbir İmanovun qəflətən səhhəti pisləşib və komaya düşüb. B.İmanov 2016-cı il fevralın 6-da dünyasını dəyişib”.
Vəkil deyib ki, Səfər İmanov atası komada olduğu zaman ölkəni tərk edib: "Yeganə oğul övladı olmasına baxmayaraq atasının dəfn mərasimində iştirak etməyib”.
Qeyd edək ki, 170 min ABŞ dolları müqabilində Binəqədi rayon icra başçısının müavini postuna təyinat almaq ümidi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən aldadılan Eynur Kərimov məhkəməyə müraciət edib. O, həmin məbləği Səfər İmanov vasitəsilə Komitə sədri Hicran Hüseynovaya verdiyini iddia edir. Komitə rəsmiləri iddiaları rədd edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi