Vasif Talıbov gömrüklə bağlı qərar verdi - FƏRMAN

img

07-03-2016 [11:50]


Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının verilən əmək haqqı artırılıb.

Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmanla, "Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi məməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” fərmanında dəyişiklik edib.

Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.

İndiyədək bu vəsaitin 25 faizi istifadə olunurdu.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA