Prezident sərəncam verdi, Mədət Quliyevin yeni müavini təyin edildi

img

07-03-2016 [11:33]


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlaİsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.

Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

DTX-dan yeni təyinatların olduğu barədə məlumatı təsdiqləyiblər.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA