Futbolda bunlar daha olmayacaq - FİFA-nın yeni prezidentindən yeni dəyişikliklər

img

06-03-2016 [22:00]


Futbol qaydalarında əsaslı dəyişikliklər ediləcək.

FİFA-nın saytında yer alan xəbərə görə, Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) ötən gün keçirilən toplantısında futbol qaydalarına bir çox yeniliklər edilməsi ilə bağlı qərar verilib.

Futbol oyunlarının ədalətli olması üçün hakimlər mübahisəli epizodun videotəkrarına  baxa biləcək. Həmçinin, futbolda 4-cü oyunçu dəyişikliyinə icazə verilə bilər. Ancaq 4-cü əvəzləmə uzatma dəqiqələrində edilməlidir. 

Bundan başqa "üçqat cəza” sistemi ləğv olunanacaq. Yəni penaltiyə səbəb olan qirmizi vərəqə alan futbolçu dislafikasiya olunmayacaq.

FİFA-nın prezidenti Canni İnfantino IFAB-ın toplantısında nəzərdə tutulan yeni qaydalar haqda danışıb: "Biz bu gün futbol üçün tarixi qərar qəbul etdik. Biz azarkeşləri də dinləməli, onların təkliflərini nəzərə almalıyıq. Yeni qaydaların nə dərəcədə işləyəcəyini bilmirik, ancaq texnalogiyanın yeniliklərinə göz yummamalıyıq”.

Qol.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA