Böyük Britaniyanın tarixində ilk dəfə çempion komanda - Ranyeri yeni rekorda imza atdı

img

05-05-2016 [16:57]


Böyük Britaniyanın "Lester Siti" komandasını tarixində ilk dəfə çempion edən klubun baş məşqçisi Klaudio Ranyeri yeni rekorda imza atıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis buna komandasını 294 günə çempion etməklə nail olub. 

Bununla da, o "Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyonun Premyer Liqa rekordunu yeniləyib. Portuqaliyalı mütəxəssisin komandası 2004/2005 mövsümündə 332-ci gündə çempionluğunu rəsmiləşdirib.

Qeyd edək ki, "Lester Siti" Ranyerinin rəhbərliyi altında tarixində ilk dəfə Premyer Liqanın qalibi olub. 

Ranyeri Mourinyonun rekordunu yenilədi


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA