Prezident İlham Əliyev baş naziri qəbul etdi - Müzakirə

img

06-03-2016 [14:36]


Bu gün Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban ilə təkbətək görüşü olub.

Macarıstanın Baş naziri Viktor Orbanı və xanımı Aniko Levaini Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Azərbaycan Prezidenti, Macarıstanın Baş naziri və xanımları birgə foto çəkdiriblər.

Sonra Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü keçirilib.

Prezident İlham Əliyev və Baş nazir Viktor Orban görüşdə çıxış ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA