06-03-2016 [13:52]
"Bərdə rayon İcra Hakimiyyəti başcısı Vidadi İsayev vəzifəyə gəldiyi gündən öz qohum-əqrabaların başına toplayıb, yerli əhalini incidərək rayondan uzaqlaşdırır”.
AFN.az Yenilik.az-a istinadən xəbər verir ki, bu sözləri Bərdə sakini Cəfərov Elgiz Əvəz oglu bildirib.
Onun sözlərini olduğu kimi təqdim edirik:
"Bərdəyə indiki icra başcısı Vidadi isayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlış işlərində ustalara ehtiyac olduğun bildirdi. Mən də Bakıda mənimlə işləyən işci biriqadasını yığıb, 43 nəfərlə öz doğma rayonum olan Bərdəyə getdim.
Getdiyimiz gün başcının bacanağı olan Mahmud adlı şəxs bizi qarşıladı. Elə həmən gündən də görüləcək işlərlə bizi tanış etdi, şəhərin yol kənarı hasarların, mağaza, idarə binalarının üz fasad daşlarını yenilənməsi işlərini bizə tapşırdı.
İşin qiymətində danışıb razılaşdıq və bizi tənbehlədi ki, burda kimdənsə pul istəməyəcəksiniz, bütün işlərin hesabatını icrada işləyən Vüqar adlı vəzifəli şəxsə verirsiz və "pulunu da məndən tələb edirsiz”, - dedi.
İlk günlərdə hər şey normal idi, ustaların pula ehtiyacı olduqca Mahmud məllimə deyirdik, o da anında pulları verirdi.
Müəyyən vaxtdan sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pullarda da ləngimələr oldu.
Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuzun qalması barədə siyahını götürüb getdim icra başcısı Vidadi İsayevin qəbuluna, 5300 manat alacaq olan siyahını ona təqdim etdim. O da siyahını götürüb ded ki, narahat olma, Mahmud məllimi çağırıb siyahını verəcəm ona, getsin bütün pulları toplasın, versin. Getdik şəhər parkına, orda zəng edib Mahmud məllimi çağırtdı, mən bir az kənarda idim, bunlara yaxınlaşmaq istəyəndə isə başcının o zaman muavini olan Vidadi İmanquluyev qarşımı kəsdi. O, başcıya yaxınlaşmamağımı istədi, mən də dedim ki, başcı özü çağırıb ki, pulumu alıb, versin.
Mənə sərt şəkildə "əgər burdan uzaqlaşmasan səni "içəri "soxduracam”, alacağın pulun üstündə də 5300 qoyub polisdən özünü qurtararsan” dedi. Çıx get, sabah məni tap, kömək edəcəm.
Mən də ordan uzaqlaşdım, sabahısı gün müavin Vidadini tapdım, o puldan cəmi 800 manat mənə pul verdi və Bərdəni tərk etməyimi dedi, əks halda məni tutduracaqların bildirdi.
Ordan uzaqlaşdım, ustalar haqlarını tələb etməyə başladılar, mən də məcburən faizə pul verənlərdən 6 min dollar alıb ustalara verəcəklərimi ödədim. Ustalar onları Bərdəyə mənim apardığım üçün cavabdeh də məni bildilər.
O gündən sonra Bərdədən uzaqlaşdım. Gəlib Bakıda işləyib, borcumu qaytarmağa çalışdım, ancaq o pulun üstünün faizini qaytara bildim, müəyyən vaxda qədər. Əsas məbləğ olan 6000 dollar qalırdı, faizi dollarla götürmüşdüm, o vaxt dolların kursu manata nisbətdə 0,78 idi, sonralar bəzi ayları verə bilmədim. O pul qalxıb 8000 dollar oldu, mən də məcburən keçən ilin yayında ata evimizi satdırıb, o borcu bağladım...
Bu arada keçən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsə, icra başcısın qəbuluna düşə bilmədim. Öz doğma elimə qorxa qorxa-qorxa gedib gəlirdim.
Axıdar məcbur olub rayonumuzun millət vəkili olan Zahid Oruca dərdimi danışdım, o da əlindən gələni edəcəyin bildirdi. Və mənim Vidadi İsayevlə görüşməmə köməklik etdi, bu ilin yanvar ayının 10-da Bərdədə icra hakimiyyəti binasına girmək, başçıyla görüşmək mənə qismət oldu. Zahid müəllimin şahidliyi ilə icra başcısıyla görüşdük, hər şeyi olduğu kimi təkrarladım. Vidadi İsayevin verdiyi cavab o oldu ki, bunları Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin, məhkəməyə pulunuzu alın.
Qayıdıb gəldik Bakıya. Zahid məllim zəng etdi başçının bacanağı olan Mahmuda. Mənimlə görüşüb dərdimi dinləməyini istədi. Bundan sonra Mahmud müəllim mənə zəng etdi, Bakıda parkların birində görüşdük. Mən ondan haqqımı tələb etdim. O da biz işlədiyimiz obyektlərdən pul ala bilmədiklərini və o işləri icra başcısı Vidadi İsayevin tapşırığı ilə etdirdiyin bildirdi. Və qeyd etdi ki, əslində, o işlər üçün pul dövlət büdcəsindən ayrılsa da, Vidadi İsayev o pulları həmin obyekt sahiblərinin və idarə müdirlərinin ödəyəcəyini bildirib. Daha sonra o idarə müdirlərini işdən qovub, yerinə öz qohumların qoyduğu üçün ortada batan biz ustaların pulları olub.
İndi çarəsiz durumdayam, haqqımı kimdən alacağımı bilmirəm”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi