Bakıda hansı prokuror özünün biznes şərikini həbs etdirib? - QALMAQAL

img

05-03-2016 [16:15]


Tanınmış vəkil Adəm Məmmədov daha bir səs-küylü cinayət işi üzrə müqavilə bağlayıb.

Modern.az saytı xəbər verir ki, hüquqşünas bu barədə açıqlama verərək, işin Bakı şəhərində yerləşən prokurorlardan birinin şəxsi marağı ilə bağlı olduğunu qeyd edib:

"Araşdırma zamanı müəyyən olundu ki, hüquqlarını müdafiə etdiyim şəxsin həbs edilməsinə səbəb, Bakı şəhərində yerləşən rayon prokurorlarından birinin şəxsi marağı olub.

Belə ki, müvəkkilim sözügedən prokurorla biznes şərikliyində olub. Şərikli biznes (neft alqı-satqısı) baş tutmadığından müvəkkilim prokurora verdiyi külli miqdarda pulu tələb etdikdə Ələddin Qəhrəmanov sifarişli həbsə məruz qalıb”.

A.Məmmədov bildirib ki, həmin prokurorun müvəkkilinin külli miqdarda pulunu aldadaraq, ələ keçirməsi barədə video və səs yazıları mövcuddur:  "Tezliklə bu barədə geniş açıqlama veriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA