Mərkəzi Neftçilər xəstəxanasının həkimlərinin yalnız əməliyyatı ölümlə nəticələnib

img

16-03-2010 [01:45]


[/center] [center][lib]2010/hek-2.jpg[/lib][/center] [center][lib]2010/hek-3.jpg[/lib][/center] Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İlqar İbrahimov baş verənlər barədə ətrfalı çıxış edib: ?Anam İbrahimova Şura Abduləli qızı öd kisəsindəki ağrılardan əziyyət çəkdiyi üçün Mərkəzi Neftçilər Xəstəxanasının bir binasını icarə ilə şəxsi təssərrüfat hesablı Endoskopik cərrahiyyə şöbəsi kimi işlədən Kənan Yusifzadəyə müraciət etdik. Çünki həkimlər anamın şəkər xəstəsi olduğunu bildikləri üçün açıq əməliyyat keçirilməsinin təhlükəli olduğunu bildirirdilər. K.Yusifzadə oktyabr ayının ortalarında anamı Türk-Amerikan klinikasına müayinəyə göndərdi. Müayinənin nəticəsi onu qane etdiyinə görə o, anam İbrahimova Şuranın Endoskopik üsulla öd kisəsinin əməliyyat oluna biləcəyini bizə bildirdi. Bir müddət sonra, yəni noyabr ayının 10-da anam Endoskopik cərrahiyyə şöbəsinə yerləşdirildi. Adətən xəstəni əməliyyatdan 2-3 gün öncə əməliyyat edən həkim müayinə edir. Türk-Amerikan klinikasindakı müayinədən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq K.Yusifzadə anamı müayinə etmədən noyabr ayının 11-də saat 10:30-da əməliyyat otağına apardı.Adətən belə əməliyyatlar 40-45 dəqiqəyə qədər vaxt aparır. Lakin anamın əməliyyatı 5 saat 30 dəqiqə çəkdi. Nəhayət K.Yusifzadə əməliyyat otağından çıxaraq bizə əməliyyatın uğurla keçdiyini bildirdi. Lakin qeyd etdi ki, endoskopik üsulla öd kisəsini çıxara bilmədiyi üçün açıq əməliyyat keçirib. Nəzərinizə çatdirmaq istəyirəm ki,biz ilk gün-dən açıq əməliyyat keçirilməsini istəməmişdik. K.Yusifzadə bunu bilə-bilə və bizə xəbərdarlıq etmədən açıq əməliyyat keçirib. Halbuki bu haqda bizim nə yazılı, nə də şifahi razılığımız olmayıb. Əməliyyat zamanı o, öd kisəsi ilə birlikdə öd kanallarını da kəsib çıxarmışdı. Nəticədə anam əməliyyat stolunda ölüm təhlükəsi ilə üz-üzə qaldığı üçün K.Yusifzadə köməyə Mərkəzi Neftçi-lər Xəstəxanasının cərrahı Çingiz Osmanovu çağırmışdı. Əməliyyatdan sonra K.Yusifzadə bizə bildirdi ki, 1 həftə ərzində keçiriləcək kiçik endoskopik əməliyyatdan sonra anam evə buraxılacaq. Həmin gündən etibarən müəmmalı hadisələr cərəyan etməyə başladı. Anestezoloq Mayıl həkim birdən-birə anamın ağ ciyərlərinin pis vəziy-yətdə olduğunu tez-tez təkrarlamağa başladı. Biz ona anamın ciyərlərində heç bir problemin olmadığını sübut edən rentgen şəkillərini təqdim etdik. Bundan sonra anama fasiləsiz olaraq sistem şəklində gün ərzində 4-5 litr müxtəlif mayelər köçürülməyə başlandı. 3 gündən sonra vurulan mayelərdən anamın əlləri, ayaqları və qarın hissəsi şişmiş, təngənəfəslik yaranmağa başladı. Əməliyyat olunan yerdə tikişləri sökülmüş, yerindən isə durmadan çirk axırdı. Bədən hərarəti isə 38-38.5 dərəcədən aşağı düşmürdü. Bizim həm Kənan, həm də Mayıl həkimə bundan narahat olduğumuzu bildirməmiz onların kəskin reaksiyalarına səbəb olurdu. Anama sistem halında mayelərin vurulmasında Samirə adlı baş tibb bacısı xüsusi canfəşanlıq göstərirdi. Bu sistemlərin köçürülməsi birbaşa onun nəzarəti altında həyata keçirilirdi. Bundan sonra biz Kardiologiya İnstitundan kardioloq Sevinc Quliyevanı xəstəxanaya də-vət etdik. Sevinc xanım anamı müayinə etdikdən sonra bu mənzərədən dəhşətə gəldi. O, xəstənin vəziyyətinin kritik olduğunu bildirərək vurulan mayeləri təcili saxlamağı məsləhət bildi. Lakin K.Yusifzadə və Mayıl həkim onun fikirləri ilə razılaşmayaraq sistemlərin köçürülməsini davam etdirirdilər. Noyabr ayının 19-dan 20-nə keçən gecə anamın vəziyyəti kəskin pisləşmiş,komaya düşmək təhlükəsi yaranmışdı. Buna görə də noyabr ayının 20-si səhər biz həkimlərin etirazlarına baxmayaraq anamızı Kardiologiya İnstitutuna gətirdik və məlum oldu ki, anamın bədəni 7-ci qabırğaya qədər maye ilə doludur.Biz hesab edirik ki, bu mayelərin anama vurulmasında məqsəd cərrahiyyə əməliyyatı zamanı edilmiş səhvi ört-basdır etmək üçün anamın ciyərlərini sıradan çıxararaq ölümünə nail olmaq idi. Kardioloq Sevinc həkim 5 saylı xəstəxananın professor-cərrahları Surxay və Rauf həkimlərdən anamı müayinə etməyi xahiş etdi.Onlar anamı müayinə etdikdən sonra açıq şəkildə bildirdilər ki,onların müdaxiləsi yolverilməzdir. Səbəb isə K.Yusifzadənin əməliyyat zamanı öd axarlarını kəsməsi idi.Yalnız bundan sonra biz K.Yusifzadənin əməliyyatı səhv apardığını anladıq. Professor-cərrahlar məsləhət gördülər ki, yenidən əməliyyatı aparan həkimə müraciət edək. Anamın bədəninə yığılmış maye Kardiologiya İnstitunda tam çıxarıldıqdan sonra biz yenidən K.Yusifzadədən öd kanallarını bərpa etməyi tələb etdik. O isə öz növbəsində xəstəni yenidən şöbəyə yerləşdirməkdən imtina etdi. Buna görə də biz Neftçilər Xəstəxanasının baş hə-kimi Həbib Yüzbaşova şikayət etdik.Həbib həkim isə bu şöbənin özəl olduğunu,K.Yusifzadənin və şöbəsinin xəstəxananın tabeliyində olmadığını söylədi.Lakin uzun sürən tələblərdən sonra K.Yusifzadə bizə bildirdi ki, Mərkəzi Neftçilər Xəstəxanasının Şüa-Diaqnostika Mərkəzinin rəhbəri ?türk professor Əhməd Memişlə razılıq əldə olunub və o bu endoskopik əməliyyatı aparacaq. Professor Ə.Memiş anamı müayinə etdikdən sonra əməliyyatin bahalı olduğunu və material-ların Türkiyədən xüsusi şirkət tərəfindən gətiriləcəyini bildirdi.Bunun müqabilində isə bizdən 8600 AZN ödənilməsi tələb olundu. Biz həmin şirkətə pulu ödəyərək lazım olan materialların tezliklə gətirilməsini xahiş etdik. Bu əməliyyat 2 mərhələdən ibarət oldu. Dekabrın 8-də birinci əməliyyat, dekabrın 15-də isə 2-ci əməliyyat oldu.Bundan sonra K.Yusifzadə anamı öz şöbəsinə yer-ləşdirməkdən imtina etdi və bunu belə izah etdi ki,anam artıq onu xəstəsi deyil,həmdə o ev şərai-tində daha tez sağala bilər.Biz anamı evə gətirdik.Lakin onun vəziyyəti günbəgün ağırlaşır-dı.Dekabr ayının 19-da biz anamı professor Ə.Memişin yanına müayinəyə apardıq. Müayinədən sonra o bizə bildirdi ki, xəstə cərrahiyyə şöbəsində həkim nəzarəti altında olmalıdır. Dekabrın 21-də anamı 5 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirdik. Anamı müayinə edən Dosent Cahangir həkim,professor Surxay həkim müayinədən sonra bizə bildirdilər ki,anamızın öd ka-nallarının kəsilməsilə yanaşı mədəaltı vəzi də zədəlidir və oradan mədə şirəsi xaricə ifraz olu-nur.Buna görə də biz təcili olaraq analiz etdirdik və diaqnoz özünü doğrultdu.Bundan sonra biz bir daha əmin olduq ki,K.Yusifzadə əməliyyatı səhv etməklə bərabər gerçəkləri də bizdən gizlə-dirmiş.Anamı müalicə edən Cahangir həkimin səylərinə baxmayaraq anamın vəziyyəti getdikcə ağırlaşırdı.Nəhayət 45 günlük əzablardan sonra anam dekabr ayının 26-da 5 saylı xəstəxananın reanimasiya şöbəsində vəfat etdi. Mən anamın ölümündə bilavasitə bizim razılığımız olmadan anamı səriştəsiz açıq əməliyyata düçar edən və sonradan etdiyi səhvi ört-basdır etmək üçün cinayətkar əməllərdən belə çəkinməyən K.Yusifzadəni, eyni zamanda bu uğursuz əməliyyatda iştrak etmiş və sonradan gerçəkləri bizdən gizlədən,həkim olduqları halda həkimlik borclarını yerinə yetirməyən Çingiz Osmanovu və anestezoloq Mayıl həkimi,baş tibb bacısı Samirəni günahkar sayiram.Həmçinin xəstənin vəziyyətinin ağır olduğunu bildiyi halda keçirəcəyi əməliyyatın heç bir fayda verməyəcəyini əvvəlcədən bilən professor-həkim Əhməd Memişin gerçəkləri bizdən gizlətməsi acı təəssüf hissi doğurur. Həm anamın ölümü həm də xəstəxanadakı qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Prezidentinə,Azərbaycan Respublikası Baş Prokurorluğuna,Bakı Şəhər Prokurorluğuna,ARDNŞ-nə,Səhiyyə Nazirliyinə və Xətai Rayon Prokurorluğuna müraciət etdiklərini bildrib: ?Çox təəssüf ki, prokurorluq orqanları cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək əvəzinə bir növ onların himayədarlarına çevriliblər. Əlimizdə olan faktlar,sübutlar,şahidlərin ifadələri onlara əsas verirdi ki bu şəbəkəni ifşa edib cinayət məsuliyyətinə cəlb etsinlər.Lakin işi aparan Xətai Rayon Prokurorluğu ilk gündən müəmmalı hərəkətlər etməyə başladı. İşi aparan Xətai Rayon Prokurorunun baş köməkçisi Mirdamət Əliyev şikayətçi olduğumuz şəxslərin ifadəsini almağı lazım bilmədi.45 gün ərzində Məhkəmə Tibbi ekspertizasına təqdim etmək üçün xəstəxanalardan anamın xəstəlik ta-rixçələrini belə götürmək istəmədi.Anamı Kardioloji İnstitutda və 5 saylı xəstəxanada müalicə edən həkimlərin izahatını almaq istəmirdi.Bizim Bakı Şəhər Prokurorluğuna etdiyimiz çoxlu sayda şikayətlərimizə baxmayaraq vəziyyət dəyişmirdi.Hətta Respublika Prokurorluğuna etdiyimiz şikayətlər belə nəticə vermirdi.Bizim israrlı tələblərimizdən sonra Mirdamət Əliyev müəyyən tibbi sənədləri toplamağa başladı.Anamı müalicə edən Kardioloji İnstitutun həkimi Sevinc xanımın və 5 saylı xəstəxananın həkimlərindən izahatlar alındı.Amma bu günə qədər nə Kənan Yusifzadədən nədə ki,Mərkəzi Neftçilər Xəstəxanasının digər həkimlərindən izahatlar alınmayib.Baxmayaraq ki,dəfələrlə Bakı Şəhər Prokurorluğuna,Respublika Prokurorluğuna müraciət edərək bu şəbəkənin üzvlərini dindirməyi və izahatlarının alınmasını istəmişik.Çünki biz iddia edirik ki,anamızı bu həkimlər qəsdən öldürüblər.Yəni anam yalnız yalnış əməliyyatın nəticəsindən deyil,həmdə bu həkimlərin cinayətkar əməlləri nəticəsində vəfat edib.Digər yandan xəstəxanada bizi dələduzluq yolu ilə külli miqdarda ziyana salıblar.Əlimizdə olan çek və qəbzləri prokurorluğa təqdim etsək də onlar bu məsələnin üzərindən sükutla keçirlər.Açıq-aşkar hiss olu-nur ki,prokurorluq işin obyektiv aparılmasında maraqlı deyil.K.Yusifzadə güclü əllər tərəfindən qorunur.Bir faktı nəzərinizə çatdırım ki,prokurorluq K.Yusifzadənin işinə qiymət verməyi ARDNŞ-nin nəzdnində olan Sosial-İnkişaf İdarəsinə tapşırmışdı.Yəni K.Yusifzadə haqqında da-xili araşdırma aparmaqla işi yekunlaşdırmaq istəyirdilər.Bizim ölkə başçısına və Respublika pro-kurorluğuna etdiyimiz çoxsaylı şikayətlərdən sonra iş məhkəmə tibbi ekspertizasına göndəril-di.Ekspertizaya belə sənədlər saxtalaşmış şəkildə göndərildi.Belə ki,anamın ölümü rəsmi şəkildə ?öd axarcığının fistulası?və ?peridonit? (yəni zəhərlənmə) olduğu halda ekspertizaya göndərilən sənəddə saxtakarlıq edilib.Və əvəzində ?perexolestit ekstonz vəziyyət?kimi göstərilib.Bu da az-mış kimi bizim tələblərimizdən sonra Kardioloji İnstitutdan xəstəlik tarixçəsi də alınıb işə əlavə edildiyini söylədilər.Bir sözlə prokurorluq orqanları işin açılmasında maraqlı deyillər.Baş Proku-ror Zakir Qaralova dəfələrlə müraciət etsək də nəticə əldə edə bilmirik.K.Yusifzadə hər yerdə ?mənim üçün bu iş bağlanmışdır,yuxarıları susudurmuşam?deyir.İşin gedişatı göstərir ki həqiqətən K.Yusifzadə yuxarıları susdurub?. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA