05-03-2016 [11:58]
Azərbaycan prezidentinin martın 3-ü və 4-də imzaladığı sərəncamlarla Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyev, Laçının icra başçısı Akif Səlimov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov vəzifələrindən azad edildilər. Ölkə başçısının iki gün ərzində verdiyi sərəncamlar ciddi müzakirələrə səbəb olub.
Məsələyə ekspertlərin ikili baxışı formalaşıb. Bir qisim hesab edir ki, hakimiyyət siyasi islahatlara, kadr dəyişikliklərinə start verib. Digər bir qisim iddia edir ki, iqtidar xalq arasında etimadını itirmiş icra başçılarını vəzifədən çıxarmaqla ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır.
Bu fikirlərdə müəyyən qədər həqiqətlər var. Belə ki, zaman-zaman hər üç icra başçısı barəsində ictimaiyyət arasında çoxsaylı tənqidi fikirlər səslənib. Yanvar ayında rayonlarda sosial tələblərlə başlayan aksiyalara bəzi Cəbrayıl sakinləri də qoşuldu. Rayonun icra başçısı Mahmud Quliyevin həmin aksiya zamanı vətəndaşları təhqir etməsi ölkədə ciddi rezonans doğurdu. Sözügedən səhnənin sosial şəbəkədə, ardınca isə saytlarda yayılması M.Quliyevi hətta iqtidar deputatlarının qınağına tuş etdi.
Görünür, M.Quliyev bu ehtiyatsız ifadələrin güdazına gedib. Sosial tələblərlə aksiya keçirən vətəndaşların qəzəbini yumşaltmaq əvəzinə, sabiq başçı tam əksini etdi - vətəndaşı söyüb təhqir etdi. Bunun daha ağır nəticəsi ola bilərdi. Ortada örnək var - Quba və İsmayıllı hadisələri məhz icra başçısının və onun qardaşı oğlunun əhalini söyməsi ilə başlamışdı...
Salyanın icra başçısı Tahir Kərimovun da adı çoxdan qara siyahıya düşmüşdü. Onun Salyanda vətəndaşlarla kobud rəftarı, yerli iş adamlarını incitməsi mediada tez-tez xəbər formasında ictimailəşirdi. Bu yaxınlarda T.Kərimovun sosial şəbəkələrdə bir fotosu yayılmışdı. Orta məktəb şagirdləri onun başının üzərində gül tutur və icra başçısı o çələngin altından keçir. Bəlkə də bu foto T.Kərimovun işdən çıxarılmasına bir bəhanə olub.
Salyandan seçilən iqtidaryönlü deputat Fəzail Ağamalı ölkə başçısının ötən ilin sentyabrından başlayaraq, sistemli islahatlara önəm verdiyini bildirdi: "İdarəetmə sahəsində bu cür islahatlar davam edəcək. Potensialı tükənən, ölkə başçısının çağırışlarına cavab verməyən, sözün həqiqi mənasında xalqa və dövlətə sədaqətlə xidmət etməyən, imkanları məhdudlaşan şəxslər idarəçilik sistemindən uzaqlaşdırılacaq. Onlar daha üstün keyfiyyətlərə malik olan kadrlarla əvəz olunacaqlar. Bu cür prinsiplərlə ölkə prezidentinin fəaliyyəti davam edir. Bütün bunlar ölkə başçısının həyata keçirdiyi islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
Politoloq Qabil Hüseynli ölkədən ciddi narazılığın icra başçılarından olduğunu söylədi: "İcra başçıları rayonlarda elə mühit yaradıblar ki, nə əhalinin zəruri yaşayış səviyyəsinə imkan verirlər, nə şikayətlərinə baxırlar, nə də quruculuq işləri ilə məşğul olurlar. Ölkə prezidenti icra başçılarına rayonlarda kiçik sənaye müəssisələrinin yaradılması ilə bağlı tapşırıq verib. Amma indiki icra başçılarının belə potensiallarının olduğunu düşünmürəm. Onların maddi imkanları çox olsa da, vətənpərvərlik hissləri az olduğuna görə belə addımlar atmırlar. Hazırda ölkədə struktur islahatları aparılır. Bununla paralel kadr islahatları da gedir. Bunu siyasi islahatlar kimi də qəbul etmək olar. Amma bir şərtlə ki, onların yerinə gətirilən şəxslər ciddi surətdə ölçüb-biçilməlidirlər. Onların savadlı, vətənpərvər əhval-ruhiyyədə olan şəxslər olmalarını dərindən öyrənmək lazımdır. Çünki əvvəlkilərin yol verdikləri nöqsanlar təkrar olunmamalıdır. Vəzifəyə təyin olunan şəxsin üzərində ciddi nəzarət olmalıdır”.
Politoloq çıxarılan icra başçılarının xalq arasında nüfuzlarını tamam itirdiklərini qeyd etdi: "Bu icra başçıları xalq arasında sevilmirdilər. Cəbrayılın icra başçısının söyüş videosu, çıxarılandan sonra mətbuata verdiyi açıqlamalardan görürsən ki, bu şəxs adekvat deyil. Böyük bir vəzifə sahibi öz vətəndaşı ilə söyüşlə danışır. Mən düşünürəm ki, bu cür kadrların vəzifələrindən çıxarılmalarında xalqın əhval-ruhiyyəsini tənzimləmək elementləri var. Xalqın sevmədiyi şəxsləri çıxarmaq vətəndaşın arzularını yerinə yetirmək deməkdir. Ona görə də bu sərəncamlar cəmiyyətin əhval-ruhiyyəsinə təsir edən amillər kimi qəbul edilməlidir. Proses davam etsə, düşünürəm ki, cəmiyyət bunu razılıqla qarşılayacaq”.
Bəs proses davam edəcəkmi? Prezident İlham Əliyev xalqın qəzəbini, narazılığını qazanmış başqa icra başçılarını da işdən qovacaqmı?
Daha bir neçə icra başçısı bugünlərdə vəzifədən çıxarılacaq. Bu sırada ilk adları gələn İH başçıları aşağıdakılardı. Binəqədinin İH başçısı Xaləddin İsgəndərov, Şirvanın İH başçısı Mərdan Camalov, Kürdəmirin İH başçısı Ceyhun Cəfərov, Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yasamalın icra başçısı İbrahim Mehdiye, Masallı RİH başçısı Rafil Hüseynov. Siyahı uzana da bilər, bəzi istisnalar da mümkündür...
musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi