Prezidentin etiraz etdi; Milli Məclis qəbul etdi

img

04-03-2016 [17:31]


Parlamentin iclasında bu il yanvarın 19-da qəbul olunmuş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna prezidentin etirazı barədə qərar layihəsi səsə qoyulub.

Millət vəkilləri prezidentin etirazını məqsədəuyğun sayıb. Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 110-cu maddəsinin I hissəsinə uyğun olaraq prezident İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunu imzalamadan fevralın 15-də Milli Məclisə geri qaytarıb.

Spiker Oqtay Əsədov prezidentin geri qaytardığı qanunun Milli Məclisin daxili nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəyinə göndərib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 17-də keçirdiyi iclasda bu məsələyə baxaraq prezidentin təklifinin qəbulunu Milli Məclisə təklif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA