Prezident Cavid Qurbanovun müavinini işdən çıxardı - SƏRƏNCAM

img

04-03-2016 [16:49]


Etibar Niftəliyev "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Zaman Novruzov "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsindən çıxarılıb. Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA