04-03-2016 [15:23]
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmlər doktoru, Dövlət mükafatı laureatı, Türk Dünyası Beynəlxalq araşdırmalar akademiyasının akademiki, Respublikada "İqtisadi Kibernetikanın” yaradıcısı və təşkilatçısı, 60-dan çox elmlər namizədi və doktoru yetişdirmiş, 40 ildən çox İqtisad Universitetinin "İqtisadi Kibernetika” kafedrasının müdiri, uzun illlər rektorun müşaviri, dekan, prorektor işləmiş Bədirxan Sarı oğlu Musayev ölkə rəhbərliyinə sensasion müraciət edib.
Mia.az həmin müraciəti qısa ixtisarla oxuculara təqdim edir:
******
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Surəti: Ədalət carçısı Ulu Öndər H.Əliyevin məzarına,
Surəti: Respublikanı təhlükələrdən qoruyan və yüksək hörmət sahibi, birinci xanım, H.Əliyev fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya,
Surəti: Baş nazir cənab Artur Rasizadəyə,
Surəti: Prezident Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyevə,
Surəti: Milli Məclisin sədri cənab Oktay Əsədova,
Surəti: Prezidentin köməkçisi Əli Həsənova,
Surəti: Universitetin sabiq rektoru Ş.Hacıyev tərəfindən tələbə oğluna müəllimlər üçün tikilən yaşayış binasında 4 otaqlı mənzil bağışlanan baş nazirin müavini Əli Əhmədova,
Surəti: Apellyasiya şurasının sədri Eldar Nuriyevə,
Surəti: Baş prokuror Zakir Qaralova,
Surəti: Ali məhkəmənin sədri Ramiz Rzayevə,
Müraciət
Hörmətli cənab Prezident!
Son 5 ildə Sizə və ətrafınızda olan bütün məmurlara universitetin sabiq rektoru, hazırda YAP Səbail Rayon Təşkilatının sədri, deputat olan Şəmsəddin Hacıyevin vaxtı ilə yol verdiyi cinayət tərkibli əmələri haqqında 350-dən çox sənədli-sübutlu müraciətlər etmişəm. Məmurların hər birinə 100 səhifədən çox Ş.Hacıyevin cinayətlərinin araşdırılması haqda inkarolunmaz sənədlər təqdim etmişəm. 4100 nəfərdən çox respublika ziyalıları tərəfindən 6 dəfə mənim qəbul edilməyim və bu faktların araşdırılması üçün Sizə və aidiyyatı orqanlara müraciət olunubdur. 150 dəfədən çox cari mətbuatda Ş.Hacıyevin cinayətləri haqda çıxışlarım olub.
Cənab Prezident!
Çox təəssüf ki, 2011-ci ildən bu günədək mən Sizin ətrafınızda olan, əksəriyyəti də Şəmsəddin Hacıyevin qarşısında gözükölgəli olan məmurların qəbuluna düşə bilmirəm. Halbuki, 1989-cu ildə Moskvada olarkən Ulu Öndər Heydər Əliyev məni qəbul etdi, üzləşdiyim problemləri dərhal həll edib, ən sərt tədbirlrin görülməsini təmin elədi. Ancaq müstəqil Azərbaycanımızda, doğma vətənimdə mən kobud şəkildə pozulmuş haqlarımı nəniki bərpa edə bilmirəm, həm də Ş.Hacıyevin universiteti korrupsiya yuvasına çevirərək, milyardlarla manat dövlət vəsaitini mənimsəməsi faktı istər media, istərsə də məhkəmələrə tərəfindən təsdiqlənsə də, bunlarla bağlı cinayət işinin açılmasına nail olmaq qeyri-mümkün olub. Axı, ədalətsiz, rüşvətxora qarşı belə cəzasızlıq yaratmaq dövlətin təməl prinsiplərinə qəsddir. Bu qədər cəzasızlıq, bu qədər başqasının haqqının pozulmasına göz yummaq olarmı?
Cənab Prezident!
Axırıncı dəfə yeni yaradılmış Apellyasiya şurasının sədri Eldar Nuriyevə müraciət etdim. Eldar Nuriyev cavabında yazır: "Şikayət etdiyiniz məsələləri araşdırmaq üçün aidiyəti orqanlara müraciət etməlisiniz”.
Cənab Prezident! Hacıyev rektor olduğu dövlərdə universiteti dövlət qulluqçusu kimi deyil. Birbaşa və açıq şəkildə biznesmen kimi idarə edib. Bu, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə onun həyat yoldaşı, qardaşı oğlu, baldızı qızı və digər qohumlarının təmsil olunduğu "Turan 2009" MMC ilə bağlı məhkəməsində də, Dərbənd filialına alınan torpaq sahələrinin universitetə necə baha qiymətlərə sırınmasında da, Dərbənd fililalına saxta qəbullarda da, universitetdə saxta tenderlərlə mənimsnilən təmir-tikinti, inventar alınması da, üstəlik, müəllimlər üçün tikilən yaşayış binasını məmurların tələbə övladlarına, o cümlədən hazırda korrupsiya və digər cinayətlərinə görə həbs edilən rabitə nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun oğlu, Əli Əhmədovun oğlu və digərlərinə peşkəş edilməsi də və digər proseslərdə də təsdiqlənib. Məhz bu və ya digər faktları sənədlərlə birgə sizə göndərdiyim üçün 2011-ci ilin noyabr ayına qədər Şəmsəddin Hacıyev məni əsassız olaraq rektorun müşaviri və 40 il rəhbərlik elədiyim kafedranın müdiri vəzifəsindən azad etdi. Bu adam yığdığı milyarda o qədər arxayın idi ki, hətta mətbuata çıxıb dedi ki, "Bədirxan Musayevə Vətən xaini damğası vurub, işdən qovmuşam".

Hörmətli cənab Prezident!
Uzun illərdir bu və ya digər haqlarımı bərpa etmək üçün çoxsaylı müraciətlərinmlə yanaşı, məhkəməlkərdə də məni süründürürlər. Hacıyev və onun 1-2 yaxın qohumu açıq çəkildə mənə deyirlər ki, hakimləri də məmurlar kimi pulla satın allmışıq. Və bununu heç bir nəticəsi olmayacaq. Doğrudan da onların dediyi kimi, hakimlər və məmurlar satın alındı. Və buna görə də 100-dən çox məhkəmə prosesi olsa da, hakimlər açıq və həyasız formada iddialarımı rədd elədilər. bu üzdən sizin yanınızda yaradlan Apellyasıya Şurasına müraciət elədim ki, bəlkə həyasızlaşımış məhkəmə sisteminə dərs verərlər, prokurorluğa məsuliyyətini xatırladalar. ancaq görünən odur ki, bu yeni qurum da məhdud səlahiyyət sahibidir...
Cənab Prezident!
Mən əminəm ki, ətrafınızda olan və bu ya digər formada Şəmsəddin Hacıyevin yanında gözükölgəli olan məmurlar mənim müraciətlərimin, göndərdiyim sənədlərin sizə çatmasına imkan vermirlər.
Bu yerdə onu da sizə xatırladım ki, Ş.Hacıyev təkcə Dərbənd filialına tələbə qəbulundan 145-150 milyon manat, daxili və xarici tələbə köçürmələrindən 80-100 milyon manat, digər mənbələrdən 350-400 milyon, təmir-tikinti işlərinin lahiyə dəyərinin ən azı 40%-ni mənimsyən bir adamdır. Çox sağ olun ki, belə bir adamı rektorluqdan azad etdiniz Ancaq bəlli sehirli güclər onu YAP-a sırıyıb, Səbail təşkilatına sədr qoydular, üstəlik deputat seçilməsinə də dəstək oldular.

Yenə də Siz var olun ki, bu adamın təkrar Milli Məclisin Elm və Təhsil Komitəsinə sədr seçilməsinə imkan vermədiniz. Çünki belə olan halda bu Azərbaycan elminin açıq təhqir edilməsi olardı..
Cənab Prezident, Sizdən xahiş edirəm, bu adamın mənə və universitetə, o cümlədən Azərbaycan elminə vurduğu acı zərbə və zərərlərlə bağlı sərt tədbirlərin görülməsinə göstəriş verəsiniz. İnanın, bu universitetin çoxminli tələbələrinin də, müəllimlərinin də alqışıarına səbəb olacaqdır.
Çox böyük hörmət və izzətlə: Professor Bədirxan Musayev".
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi