Misir Mərdanov bir neçə tələbənin oğurlanmasından danzıb

img

16-03-2010 [12:34]


Təhsil naziri Misir Mərdanov Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) və Bakı Dövlət Universitetinin (BDU) bir neçə tələbəsinin oğurlanması ilə bağlı fikirlərini bildirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar martın 15-də şəxsən araşdırma aparıb: ?Mən iki təhsil müəssisəsinin rektorları ilə danışmışam. Akademiyanın rektoru bildirdi ki, həqiqətən də 5 tələbə 10 gündən çoxdur ki, dərsə gəlmir. Artıq rektor daxili nizam-intizam qaydalarına əsasən, həmin tələbələrdən 3-ün akademiyadan azad olunması ilə bağlı əmr verib. O biri 2 tələbə ilə bağlı akademiya araşdırma aparır. Onların hansı səbəbdən dərslərdə iştirak etmədiyi hələlik məlum deyil. Qovulan tələbələrdən birinin qardaşı ADNA-nın rektorluğuna müraciət edib. O, qardaşının yoxa çıxdığını və harada olmasından xəbərsiz olduğunu bildirib?. M.Mərdanov onu da qeyd edib ki, BDU-da da bir neçə tələbənin xeyli müddətdir dərsə gəlmədiyi məlum olub. Onun sözlərinə görə, hazırda həmin tələbələrin hansı səbəblərdən dərsə gəlmədiyi araşdırılır və onlarla bağlı inzibati tədbirlər görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA