"Novruzadək daha bir neçə icra başçısı çıxarılacaq" - Əziz Əzizov Cəbrayıla başçı göndərilir

img

04-03-2016 [12:17]


Dünən preizdent İlham Əliyevin sərəncamı ilə Cəbrayılın icra başçısı Mahmud Quliyevlə Laçının icra başçısı Akif Səlimovun vəzifələrindən azad olunması digər icra başçıları üçün siqnaldır.

Bu məlumat Mia.az-a informasiyalı qaynaqdan daxil olub. 

Onun sözlərinə görə, Novruz bayramına qədər daha bir neçə ica başçısı da vəzifəsini itirəcək: "Artıq Cəlilabadın icra başçısı Əziz Əzizovla bağlı məsələ də həll edilmiş sayılır. O, Cəlilabadın icra başçısı vəzifəsindən azad ediləcək".

Məlumatda bildirilir ki, Əziz Əzizovun doğulduğu rayonun - Cəbrayılın icra başçısı təyin olunacağı gözlənilir. Cəlilabada isə cənub rayonlarından birinin icra başçısı gətiriləcək.

Məlumatlı şəxs deyir ki, Laçının icra başçısı postuna da yerli vəzifəli şəxslərdən birinin gətirilməsi gözlənilir: "Artıq bu rayonla bağlı bir neçə namizədlə proflaktik söhbət aparılıb". 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA