Vasif Talıbov sərəncam verdi, bu qurumlarda işləyənlərin maaşı qalxdı (SİYAHI)

img

03-03-2016 [23:58]


Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri Vasif Talıbov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının  artırılması barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin "Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi, icra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq, Naxçıvan Muxtar Respublikası  Dövlət Arxivi, rayon (şəhər) dövlət arxivlərində, Naxçıvan Dövlət Film Fondu, Naxçıvan Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində çalışan işçilərin əmək haqları martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Sərəncamın icrası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə tapşırılıb(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA