Ombudsman Aparatının əməkdazları Eynulla Fətullayev və bloqqerlerlə ilə görüzdü

img

15-03-2010 [07:02]


İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədi ilə Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə, 3 saylı İstintaq təcridxanası və Bakı İstintaq təcridxanasına baxışlar keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müvəkkilə müraciət edən saxlanılan şəxslərlə görüşərək söhbət aparıblar. Onlara hüquqları və Ombudsman haqqında Konstitusiya Qanununun müddəaları izah edilib. Söhbət aparılmış şəxslər müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyib, işgəncəyə məruz qalmadıqlarını söyləyib, eyni zamanda onların bəziləri məhkəmə qərarlarından və barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər. Aparatın əməkdaşları Bakı İstintaq Təcridxanasında saxlanılan ?Gündəlik Azərbaycan? və ?Realnıy Azerbaydjan? qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə, bloggerlər Emin Abdullayev (Milli) və Adnan Hacızadə ilə də görüşüblər. Həmin şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyib, vəziyyətlərini diqqətdə saxladığı üçün Müvəkkilə minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA