03-03-2016 [17:06]
Millət vəkili Adil Əliyev idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarətlə bağlı mövcud qanunvericiliyə təqdim olunan təkliflərin uyğunsuzluğundan narahatlığını ifadə edib.
O bununla bağlı fikirlərini parlamentin Gənclər və idman komitəsini bu gün keçirilən iclasında dilə gətirib.
Qeyd edək ki, qanunvericilik təşəbbüsünün subyekti olan ölkə prezidenti İlham Əliyevin imzası ilə göndərilmiş, yəni, "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində təklif olunur ki, 53-1.5-ci maddədəki "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənsin.
Həmçinin, qanuna 53-1.7-ci maddənin əlavə edilməsi təklif olunur. Həmin maddədə isə göstərilir ki, idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan halqar hesabına maliyyələşir.
Millət vəkilinin sözlərinə görə isə "Bədən tərbiyəsi və idman haqqında" qanuna təklif olunan dəyişikliklər çaşbaşlıq və bir qədər də narahatlıq yaradır: "Bildiyiniz kimi, indiyə qədər idman mərc oyunlarının təşkilinə və keçirilməsinə, oradan əldə edilən gəlirlərə Gənclər və İdman Nazirliyi nəzarət edirdi. Ancaq indiki dəyişikliklə bu səlahiyyət həmin qurumdan alınıb maliyyə bazarlarına nəzarət orqanına həvalə olunur. Hesab edirəm ki, bu nəzarət müvafiq nazirlikdə qalsaydı, daha məqsədəuyğyn olardı. Biz - yəni, Azərbaycandakı idman federasiyaları hər il illik tədbirlər planını Gənclər və İdman Nazirliyinə təqdim edir və onlar tərəfindən maliyyələşirdik. Yəni, bu maliyyələşdirmədə də əsas yük idman mərc oyunlarından əldən edilən haqların üzərinə düşürdü. Bəs, bundan sonra necə olacaq? Yeni qurum bu işi görə biləcəkmi? Ona görə hesab edirəm ki, bu məsələ Gənclər və İdman Nazirliyinin səlahiyyətində, nəzarətində qalsaydı, daha yaxşı olardı".
Millət vəkili Naqif Həmzəyev öz növbəsində qeyd edib ki, Azərbaycanda qanundankənar idman -mərc oyunları da keçirilir: "Biz hamımız bunun şahidiyik. Yəni, qanundankənar mərc oyunları keçirilir və bunların qarşısı da hüquq-mühafizə orqanlarımız tərəfindən alınır. Odur ki, bu məsələ, yeni dəyişikliklər birbaşa şəffaflığın təmin olunmasına yönəlib".
Komitə sədri Fuad Muradov təklif olunan dəyişikliyin məqsədəuyğun olduğunu vurğulayıb: "Bilirsiniz ki, son zamanlar Azərbaycanda böyük islahatlar keçirilir. Bizim də vəzifəmiz həmin islahatlara qanunvericilik səviyyəsində öz töhfəmizi verməkdir. Yəni, bu dəyişikliklərə də məhz həmin islahatların bir tərkib hissəsi kimi yanaşma olmalıdır".
Müzakirələrdən sonra qanun layihəsinə dəyişikliklər parlamentin sabahkı plenar iclasına tövsiyə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi