03-03-2016 [13:40]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf” İctimai Birliyi (RİİB) təsis edilib. Martın 2-də İsmayıllı rayonunda İctimai Birliyin ilk iclası keçirilib.
Başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək olan "Regional İnkişaf” İctimai Birliyi, eyni zamanda vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
"Regional İnkişaf” İctimai Birliyinin ilk iclasında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, ötən müddət ərzində Fond tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində paytaxt və regionlarda orta məktəb, məktəbəqədər təhsil müəssisələri inşa və əsaslı təmir edilib, əhalinin səhiyyə problemlərinin aradan qaldırılması, ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Heydər Əliyev Fondunun öz fəaliyyətində xalqa və vətənə xidmət yolunu əsas seçdiyini deyən Anar Ələkbərov qeyd edib ki, Fond Azərbaycanda bütün sahələrin inkişafı istiqamətində layihələr həyata keçirir, tariximiz, mədəniyyətimiz, incəsənətimiz, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üzrə müxtəlif proqram və layihələr, o cümlədən "Xocalıya ədalət” beynəlxalq kampaniyasını reallaşdırır.
2012-2015-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən xaricdə Azərbaycanın təbliği ilə bağlı 250-dən çox tədbirin keçirildiyini diqqətə çatdıran Anar Ələkbərov bildirib ki, qarşıdakı illər ərzində Fondun fəaliyyətində əsas istiqamət regionlarda müxtəlif layihələrin icrasına yönələcək. "2016-2017-ci illərdə biz regionlarda işlərimizin genişlənməsini prioritet elan etmişik. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən "Regional İnkişaf” İctimai Birliyi təsis olunub. İctimai Birliyin əsas fəaliyyəti ictimai nəzarətin gücləndirilməsi, Heydər Əliyev Fondunun beynəlxalq layihələrinin Azərbaycan çərçivəsində tətbiq olunması, gənclərlə iş sahəsinə yönələcəkdir. Fondun prezidenti Mehriban Əliyeva tərəfindən qarşımızda qoyulan ən vacib məsələ dövlət strukturları ilə əhalinin əməkdaşlığının qurulmasından ibarətdir”,-deyə Anar Ələkbərov bildirib.
Toplantıda qeyd olunub ki, İctimai Birliyin fəaliyyəti çərçivəsində ölkənin müxtəlif regionlarına səfərlər ediləcək, daxil olan təkliflərin təhlili aparılacaq. Təşkilat tərəfindən fərdi maraqlar baxımından deyil, kollegial müraciətlərə baxılacağı diqqətə çatdırılıb.
Daha sonra çıxış edən "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev təşkilatın əsas vəzifələri barədə məlumat verib. Bildirib ki, RİİB regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli, vətəndaşların qanunvericilik aktları ilə müəyyən edilmiş hüquqlarının qorunması istiqamətində tədbirlər həyata keçirəcək.
RİİB eyni zamanda regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünya görüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi, əhalinin həyat səviyyəsinin öyrənilməsi, təhlili, eləcə də əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsini qarşıya məqsəd qoyub.
Regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən proqramların, eləcə də məşğulluq proqramlarının hazırlanması və icrasını həyata keçirəcək İctimai Birlik bölgələrdə güclü insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində layihələr reallaşdıracaq. RİİB-in layihələri, həmçinin gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatlarının artırılması istiqamətinə yönələcək.
Birliyin müxtəlif regional mərkəzləri respublikanın şəhər və rayonlarında təşkilatın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək ayrı-ayrı sahələr üzrə təhlillər aparacaq, əhali ilə sıx münasibətlərin qurulması, mövcud problemlərin aşkarlanması, müxtəlif sahələr üzrə birbaşa məlumatların əldə edilməsi məqsədi ilə vətəndaşlarla yerlərdə görüşlər keçirəcək, fəaliyyət istiqamətinə uyğun olaraq işlər aparacaq.
RİİB-in İsmayıllı rayonunda keçirilən ilk iclasında çıxış edən millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bugünədək Heydər Əliyev Fondunun bütün təşəbbüs və layihələrinin uğurla həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, "Regional İnkişaf” İctimai Birliyinin yaradılması da insanların həyatında mühüm rol oynayacaq. Millət vəkili qeyd edib ki, Fondun layihələri respublikanın hər bir yerini əhatə edib və bu layihələr vətəndaşlar tərəfindən də dəstəklənir. Yeni yaradılan birlik də ictimai nəzarət baxımından mühüm əhəmiyyət kəsb edir. "Bu məsələyə dövlət başçısı da xüsusi diqqətlə yanaşır. Azərbaycan Prezidenti son çıxışlarında bunu açıq bildirdi ki, artıq biz tamamilə başqa dövrə keçirik. Bu dövrdə insanların məşğulluğu, yerli iqtisadiyyatın qaldırılması və təbii ki, ictimai nəzarətin güclü olması çox vacibdir. Ona görə, "Regional İnkişaf” İctimai Birliyinin yaranması hər birimiz üçün müsbət haldır”,- deyə Fuad Muradov bildirib.
Tədbirdə çıxış edən rayon ağsaqqaları və gənclər Heydər Əliyev Fondunun bugünədək İsmayıllıda müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən, o cümlədən Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Basqal kələğayısının, Lahıcda geniş yayılan misgərlik sənətinin UNESCO-nin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsindən danışıblar. Yeni birliyin yaradılmasını təqdirəlayiq hesab edən rayon sakinləri təşkilatın fəaliyyətinə hər cür dəstək göstərəcəklərini bildiriblər. Diskussiya formasında keçən tədbirdə rayonda turizmin inkişafı, istedadlı gənclərə dəstək və bununla bağlı təlim mərkəzinin yaradılması, yeni iş yerlərinin açılması, sosial, kənd təsərrüfatı, təhsil sahələrinə, həmçinin gənc sahibkarlara dəstək və digər məsələlərdə Birliyin rolu barədə müzakirələr aparılıb.
Tədbirdən sonra Heydər Əliyev Fondunun nümayədələri İsmayıllı rayonun kəndlərində olublar, sakinlərin problemləri ilə maraqlanaraq onların təkliflərini dinləyiblər. Sakinlər "Regional İnkişaf” İctimai Birliyinin yaradılmasından məmnunluqlarını ifadə ediblər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.
Diqqətə çatdırılıb ki, əhali ilə ünsiyyətin genişləndirilməsi və qarşıya qoyulan vəzifələrin reallaşması üçün İctimai Birliyin yaxın vaxtlarda "Qaynar xətt”i və "WhatsApp” mesaj xidməti istifadəyə veriləcək. Təşkilata daxil olan yazılı müraciətlər, "Qaynar xətt” telefon xidmətinə və "WhatsApp” mesajlarla göndərilən müraciətlər, foto və videomateriallar təhlil ediləcək, qurumun fəaliyyət sahələrinə və vəzifələrinə uyğun olaraq baxılacaq.









Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi