Mərkəzi Seçki Komissiyası bir neçə DSK-nın tərkibində dəyizikliklər barədə qərar qəbul edib

img

15-03-2010 [06:12]


Martın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, əvvəlcə Komissiyanın ötən iclaslarının protokolları təsdiqlənib. Sonra MSK 8 saylı Binəqədi birinci, 22 saylı Nəsimi ikinci, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 36 saylı Xətai dördüncü, 59 saylı Salyan, 70 saylı Masallı şəhər, 72 saylı Yardımlı ? Masallı, 80 saylı İmişli?Beyləqan və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə də qərar qəbul edib. Komissiyanın iclasında cari məsələlərə də baxılıb. İclasda ATƏT-in Bakı ofisinin, Milli Demokratiya İnstitutunun (ABŞ), təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA