Məmmədovlara qarşı etirazlar başladı; İşçilər pullarını tələb edir

img

03-03-2016 [12:01]


"Qarant Holdinq”in 66 nəfər işçisi 3 aydır maaşlarını ala bilmir. Onlardan təxminən 30 nəfər holdinqdə aylıq 400 manat maaşla mühafizəçi işləyiblər. 

Işçilər Meydan TV-yə deyib ki, son aylarda şirkətdə ixtisarlar gedib, indi də hər gün onları get-gələ salıb maaşların vermirlər: "Maaş üç aydır ki, verilmir. Kasıb uşaqlarıq, əziyyətlə işləmişik maaşımızı vermirlər. Biz də istəyirik ki, gətirib bizim maaşlarımızı versinlər. Heç olmasa, gedib problemlərimizi həll edək. Bank borcu olan var, eləsi var evində çörək yoxdur yeməyə. Hər kəsin yüz problemi var”.

İşçilər bildirib ki, şirkət onlarla əmək müqaviləsi də bağlamayıb.

Qeyd edək ki, "Qarant Holdinq” nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsusdur. "Azadlıq” bir neçə gün əvvəl məlumat yaymışdı ki, şirkətə rəhbərliyi həyata keçirin nazirin oğlu Anar Məmmədov Azərbaycanı tərk edərək ailəsilə birgə Ingəltərəyə köçüb. Məlumatda deyilirdi ki, o "Qarant Holdinq”in rəhbərliyindən də istefa verib. Hazırda şirkətə Ziya Məmmədovun qardaşı oğlanlarından biri rəhbərlik edir. Həmçinin deyilirdi ki, "Qarant Holdinq”də böhran hökm sürür. Işçilər aylardır ki, maaş almır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA