03-03-2016 [10:17]
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə "Bizim gücümüz birliyimizdədir” adlı konfrans keçiriblər.
Konfransda rayonun təhsil işçiləri, dini icma üzvlərinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Lənkəran şəhər ictimaiyyəti, ziyalılar, habelə Lənkəran şəhərindən təmsil olunan ailələrlə yanaşı, Masallı, Yardımlı, Lerik, Astara və Cəlilabad rayonlarında yaşayan milli azlıqların, etnik qrupların və digər millətlərin nümayəndələri, KİV təmsilçiləri və s. iştirak etmişlər.
Əvvəlcə qonaqlar və konfrans iştirakçıları Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsi önünə təzə-tər gül dəstələri qoymuşlar.
Konfransı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq bildirmişdir ki, Azərbaycan bütün dünyada çoxmillətli və tolerant ölkə kimi yaxşı tanınır. Ölkəmizdə etnik qruplar, azsaylı xalqlar azərbaycançılıq məfkürəsi ətrafında sıx birləşərək qarşılıqlı anlaşma, dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayır, fəaliyyət göstərir və bir-birlərinin dini etiqadlarına böyük hörmət və sayğı göstərirlər.
T.Qaraşov çıxışında vurğulamışdır ki, Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturalizmin hökm sürdüyü ölkəsidir.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli deputatlar Elmira Axundova, Cavanşir Paşazadə, Avropa Şurasının Azərbaycandakı ofisinin rəhbəri, BMT-nin ölkəmizdəki nümayəndəsi, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə və başqaları çıxış edərək Azərbaycanda bütün azsaylı xalqların və etnik qrupların bərabərhüquqlu vətəndaşlar kimi yaşamasından, onlara möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daim göstərilən diqqət və qayğıdan söz açmış, o cümlədən Lənkəranda da müxtəlif xalqların nümayəndələrinin təhlükəsiz, qarşılıqlı anlaşma və əminamanlıq şəraitində yaşayaraq fəaliyyət göstərdiklərini – ictimai-siyasi, mədəni, iqtisadi həyatın bütün sahələrində birgə çalışdıqlarını diqqətə çatdırmışlar. Natiqlər qeyd etmişlər ki, Azərbaycanda insanlar bir-birinə münasibətdə kimin hansı millətə və yaxud dinə qulluq etməsinə görə deyil, əsl insan olmasına görə seçilir və hörmət göstərilir.
Tədbir Gənclər Mərkəzində Novruz şirniyyatları ilə bəzədilmiş süfrə arxasında davam etdirilmiş, müxtəlif xalqların dilində mahnılar səsləndirilmiş, rəqslər ifa olunmuş, xalq yaradıcılığı nümunələri nümayiş etdirilmişdir ![]()
![]()
![]()
![]()
![]()
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi