03-03-2016 [09:07]
Səhiyyə Nazirliyi "Dövlət sanitariya-epidemioloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları”nı təsdiq edib.
Təsdiq edilməsi ilə bağlı müvafiq sənədi səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb. Bu qaydalar dövlət sanitariya nəzarəti xidməti tərəfindən qeyri-sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qüvvədə olan sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulması hallarında məhdudlaşdırıcı tədbirlərin tərtib və tətbiq edilməsi qaydasını müəyyən edir.
Qeyri-sahibkarlıq subyektlərinə münasibətdə normativ hüquqi aktların pozulması hallarında Xidmət tərəfindən təşkilatların, ayrı-ayrı sahələrinin, otaqlarının, binalarının, qurğularının, avadanlığının, nəqliyyat vasitələrinin istismarını, eləcə də ərzaq xammalının və qida məhsullarının saxlanmasını, daşınmasını, içməli su mənbələrindən, təsərrüfat və ya sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə olunmasını zəruri tədbirlər görülənədək və normativ hüquqi aktların mövcud pozuntuları aradan qaldırılanadək dayandırılır, normativ hüquqi aktlara əməl etmək mümkün olmadıqda işə xitam verilir, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxsləri, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxsləri işdən kənarlaşdırılır.
Şəxs məcburi göstərişləri yerinə yetirməsi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırması barədə xidmətə yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində Xidmət pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır.
Yoxlama nəticəsində məcburi göstərişlərin yerinə yetirilmədiyi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur, şəxsə yazılı məlumat verilməklə qərar qüvvədə qalır.
Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda xidmət məhdudlaşdırıcı tədbirlərin ləğvinə yazılı razılıq verir. Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılması barədə xidmətə yazılı məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində xidmət tərəfindən yazılı məlumat verilmədikdə qərar qüvvədən düşmüş hesab edilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi