02-03-2016 [14:41]
"Lisenziyalara aid vacib qanun layihəsinin az qala Karl Marksın kitabları qədər qalın şəkildə ortaya çıxarılmasını mən müsbət qiymətləndirmirəm. Bu çox yığcam və anlaşıqlı, az vərəqli olmalıdır”.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Əli Məsimli "Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib. O qeyd edib ki, əks halda Prezident İlham Əliyevin lisenziyalar haqqında verdiyi fərman bu qanundan yaxşı şəkildə işləyəcək.
"Çünki o fərmanda lisenziyalar haqqında bütün müddəalar açıq şəkildə öz əksini tapıb. Əgər bu qanun layihəsinin işləməsini istəyirsinizsə, sənəd nisbətən yığcam, aydın və konkret olmalıdır. Vacib məsələlərdən biri odur ki, bu lisenziyalarda sahibkarı boğan, onun ilkin başlanğıcda bütün fəaliyyətini, perspektivlərini üstündən xətt çəkən böyük məqamlar var.
Bu məqamlar Azərbaycan sahibkarlığının yolunu bağlayan süni maneələrdir. Yaradılan bu kimi süni maneələr istedadlı sahibkarların yoluna böyük bir "şlaqbaum” qoyur. Ya həmin bu proses davam etməli, yəni istedadlı sahibkarlar "yanmalıdır”, ya da ki, qeyd etdiyim və hamının başa düşdüyü süni maneələr aradan qaldırılmalıdır”.
Deputat Əli Məsimli hesab edir ki, "Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin adında və içərisində istifadə olunan "icazə” sözü elə əslində "lisenziya” sözü ilə eyni mənanı əks etdirir.
Bu gün dünyanın hansı dilində olan iqtisadi lüğətləri açırsansa "lisenziya” sözünün hərfi və digər mənaları əslində elə icazə deməkdir. Bu sənəddə "icazə” sözünü "lisenziya” sözünün yanına qoşmaqla 200 növ lisenziya və 47 növ icazə adı altında əslində hiyləgər bir üsuldan istifadə edildiyini göstərir. Bu lisenziya onsuz da icazədir, bəs icazə özü nə deməkdir? Bu, özü açıq şəkildə bir taftalogiyadır və qəbuledilməzdir”.
"Hamı bilməli və başa düşməlidir ki, Azərbaycanı bugünkü ağır vəziyyətdən sahibkardan başqa heç kimin çıxarması mümkün deyil. Sahibkarın qarşısında olan bütün maneələr, vergidən başqa alınan vəsaitlər aradan qaldırılsa, vəziyyət normallaşar. Azərbaycan balaca bir ölkədir və onun xarici borcu valyuta ehtiyatlarından 5-6 dəfə azdır. Belə bir şərait əslində iqtisadi manevr etmək üçün çox yaşı mühitdir. Amma sahibkarların qarşısında yaradılan süni baryerlər aradan qalxmasa, indiki durumun düzəlməsi mümkün deyil. Bütün dünyada baş verən katakilzmlərdən dövlətləri kim çıxarır? Büdcələri kim doldurur? Əlbəttə ki, yalnız sahibkarlar. Onların fəaliyyəti olmasa, inkişaf mümkün deyil”, -deyə deputat vurğulayıb.
Deputat Vahid Əhmədov da həmkarı Əli Məsimlinin fikirləri ilə razılaşaraq lisenziya və icazənin eyni mahiyyət daşıdığını deyib.
"Düzdür, icazələrin sayı xeyli azaldılıb və 200-ə endirilib. Ancaq mən bilmək istəyirəm ki, icazələrin sayı nə qədər idi ki, indi 200-ə endirilib? Hesab edirəm ki, bu say da çoxdur və gələcəkdə növbəti bürokratik əngəllərə gətirib çıxaracaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İlham Əliyev icazələr məsələsi ilə bağlı həmkarlarının fikirlərini təqdir edib.
"Deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm. Hesab edirəm ki, lisenziyalar varsa, icazələrə nə ehtiyac var?! Ümumiyyətlə, burada 236 lisenziya və icazə var. Bunlar mütləq azaldılmalıdır, icazələr isə ümumən aradan qaldırılmalıdır. Eyni zamanda, deputat həmkarımın dediyi kimi, ölkəni bu vəziyyətdən sahibkarlar, sahibkarlığın inkişafı qurtara bilər. Ancaq sahibkarlar burada qeyd edildiyi kimi, təkcə istedadlı deyil, həm də yaradıcı olmalıdırlar. Yaradıcı deyəndə də, söhbət heç də şairlərdən, bəstəkarlardan, rəssamlardan getmir”- deyə İlham Əliyev qeyd edib.
Deputat Tahir Mirkişili isə qanun layihəsində həm lisenziyaların, həm də icazələrin qalmasının tərəfdarı kimi çıxış edib. O, fikrini belə əsaslandırıb ki, lisenziya müddətsiz olur və fəaliyyət növünə görə verilir, icazələr isə müvəqqəti xarakter daşıyır.
Komitə üzvləri Xanhüseyn Kazımlı, Şəmsəddin Hacıyev də öz növbəsində qanun layihəsindən "icazələr” sözünün çıxarılmasının vacibliyini vurğulayıblar.
modern.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi