01-03-2016 [21:15]
"Əgər reallıqdan danışırıqsa, deyə bilərəm ki, xidməti vəzifəsinin icrası ilə məşğul olan polisə bəzən müqavimət göstərən ("döyən” yox) olur. Onda da polis qanunvericiliyin ona verdiyi səlahiyyətlər çərçivəsində müqavimət göstərənə qarşı adekvat güc tətbiq edərək onu zərərsizləşdirir”.
Bu fikirləri virtualaz.org-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov polis əməkdaşlarının fiziki müqavimət göstərilməsi hallarına münasibət bildirərkən deyib. O vurğulayıb ki, Azərbaycan polisinə müqavimət göstərmək mümkündür, amma onu döymək mümkünsüzdür:
"Polislərimizin sağlamlığı, fiziki hazırlığı da bunu, demək olar ki, mümkünsüz edir. Azərbaycan polisi ölkəmizin fiziki və mənəvi cəhətdən ən hazırlıqlı gənc vətəndaşları ilə formalaşıb. Bildiyiniz kimi, qanunvericiliklə verilmiş səlahiyyətlərə uyğun olaraq polis hüquqi məsuliyyət növlərini tətbiq edən hüquq-mühafizə orqanıdır, yəni cəzalandırıcı funksiyaya malikdir. İldə, məsələn, 2015-ci il ərzində müxtəlif inzibati xətalara görə Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən 2,6 milyondan çox protokol tərtib olunub ki, onların da böyük əksəriyyəti yol-hərəkət qayda pozuntuları ilə əlaqədar olub. Təbii ki, bu qədər insanın arasında özünü haqlı, protokol tərtib edən polisi isə haqsız hesab edənlər də olmalıdır ki, belələrində bəzən ötəri də olsa, polisə qarşı bir aqressiya və ya qisasçılıq hissi yaranır. Növbəti dəfə yol verdiyi hər hansı inzibati xətaya görə saxlanılanda, o, həmin hisslərin təsiri altında polisə müqavimət göstərməyə cəhd edir. Amma şükürlər olsun ki, belə cığal "əsəbi qəhrəmanlar”ımız çox azdır”.
Ehsan Zahidov qeyd edib ki, inzibati xətaya görə protokol tərtib edilənlərin demək olar ki, 99 faizi öz günahlarını səmimi etiraf edir və polisə qarşı hər hansı bir iddiasının olmadığını bildirir:
"Yeri gəlmişkən, bir faktı da qeyd etmək yerinə düşərdi. Rəsmi qaydada keçirilən sorğuların nəticələrinə, eləcə də Daxili İşlər Nazirliyinə və onun yerli orqanlarına daxil olan vətəndaş müraciətlərinə əsasən bu gün ölkə əhalisinin böyük əksəriyyəti Azərbaycan polisinin fəaliyyətindən tam razıdır və onu dəstəkləyir. O ki qaldı az da olsa polisə müqavimət göstərənlərə, burda da ciddi narahatlığa əsas yoxdur, polis həmişə belələrini zərərsizləşdirərək məsuliyyətə cəlb etməyi bacarıb və bundan sonra da bacaracaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi