01-03-2016 [20:34]
…Naxçıvana heç quş da uça bilməzdi. Amma biz uçmalı idik. Orada bizi Ümummilli liderimiz Heydər Əliyevlə unudulmaz görüş gözləyirdi...
...İndiki Daxili İşlər nazirimiz, o zaman DİN Vizalar İdarəsinin rəisi işləyən general – polkovnik Ramil Usubov məni mehriban qarşıladı. Özümü təqdim etmək istəyəndə gülümsündü:
– Məzahir müəllim. biz sizi yaxşı tanıyırıq, fəaliyyətinizdən, Xocalı sakinlərinə xeyirxah münasibətinizdən də xəbərim var. Yaxşı bilirəm ki, mənim həmyerlim Səriyyə Müslümqızına iş vermisiniz, ona yardım göstərmisiniz…
Doğrusu, Ramil Usubovun əslən Xocalıdan olduğunu bilmirdim. Onun bu xoş münasibətini görüb birbaşa mətləbə keçdim:
– Yanınıza bir xahişə gəlmişəm. Bir qrup jurnalisti Naxçıvana, Heydər Əliyevlə görüşə aparmaq istəyirəm. Amma hava limanında minlərlə Naxçıvan sakini günlərlə növbə gözləyir. Onların haqqını tapdalaya bilmərik. Aralarında qadınlar, uşaqlar, qocalar var…Mən Azərbaycan Hava Yollarının rəhbəri Ədalət Əliyevlə əlaqə saxladım. Dedi ki, yalnız Naxçıvan üzərindən Türkiyəyə gedənlərə müəyyən güzəşt nəzərdə tutulub. Mən on beş jurnalistin qardaş ölkəyə dəvət olunması barədə "Zaman" qəzetinin redaktorundan rəsmi məktub almışam. Di gəl ki, nə pasportumuz var, nə də vizamız…
– Nə vaxt uçmaq istəyirsiniz?
– Nə qədər tez olsa, bir o qədər yaxşı olar. Lap elə günü sabah…
– Onda siz jurnalistlərin siyahısını və şəkillərini verin, bir – neçə saatdan sonra viza möhürü vurulmuş pasportları aparın.
– Bəs ərizə, anket, sənədləşmə, dövlət rüsumu…
Ramil Usubov əlini çiynimə qoydu:
– Heydər Əliyevin adı olan yerdə o məsələləri sonraya saxlamaq olar…Sağ – salamat gedin, qayıdın, sənədləşməni başqa vaxt edərik.
…Bizim unudulmaz Naxçıvan səfərimiz Ramil Usubovun vətəndaşlıq mövqeyi sayəsində mümkün oldu. Bilmirəm, bəlkə də o, böyük risq etmişdi, pasportların və vizaların verilməsi haqqında mövcud təlimatı pozmuşdu. Amma insanlarla ünsiyyətdən belə təcrid olunmuş Heydər Əliyevlə görüş xatirinə belə risqə getməyə dəyərdi…
…Ümummilli liderimiz Heydər Əliyevlə lampa işığında dörd saatlıq söhbət zamanı Ramil Usubovun da adını çəkdim. Heydər Əliyev razılıq əlaməti olaraq gülümsündü…1992 – ci il oktyabrın 7 – si idi…
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
moderator.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi