01-03-2016 [19:52]
Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbirdə çıxış edən Fikrət Məmmədov bildirib ki, 2015-ci ildə Məhkəmə-Hüquq Şurasının iclaslarında ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisi, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması ilə bağlı çoxsaylı məsələlərə baxılaraq konkret qərarlar qəbul edilib və bu tədbirlər Şuranın internet səhifəsində (www.jlc.gov.az) və mətbuatda geniş işıqlandırılıb.
Nazir deyib ki, hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla işlək mexanizmlər yaradılıb:
"Eyni zamanda, ötən il səlahiyyət müddətləri başa çatan 100-dək hakimin və məhkəmə sədrinin fəaliyyəti yerində öyrənilərək qiymətləndirilmiş, habelə, qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə 13 hakim intizam məsuliyyətinə cəlb edilmişdir.
Məhkəmə səhvlərinin azaldılması məqsədilə nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və təcrübəli hakimlərin iştirakı ilə 500-dən çox hakimi əhatə edən 40-dək tədris tədbirləri, habelə məhkəmə işçiləri üçün silsilə təlimlər təşkil olunmuş, insan haqları, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, etik davranış qaydaları ilə bağlı mövzuların tədrisinə üstünlük verilmişdir".
Nazir vurğulayıb ki, kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb: "Avropada nümunə kimi göstərilən yeni mütərəqqi qaydalar əsasında 300-dən artıq yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim təyin edilib".
İclasda Ali Məhkəmənin sədri Ramiz Rzayev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və digər Şura üzvləri çıxış edərək ötən il ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən işləri məqbul qiymətləndiriblər.
Məhkəmə-Hüquq Şurasının iclasında həmçinin bir sıra təşkilati məsələlərə baxılmış, vakant olan Şura və Hakimlərin Seçki Komitəsi üzvü yerlərinə yeni hakimlər seçilib, Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin hakimliyə namizədlərin növbəti müsabiqəsi barədə məlumatı dinlənilib.
Eyni zamanda, 3 hakim barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Balakən rayon məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Akşin Əfəndiyevə və Ucar rayon məhkəməsinin hakimi Çingiz İsgəndərova töhmət verilmiş, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi