Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib

img

01-03-2016 [17:49]


Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyevin apa-ya verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb. Onun sözlərinə görə, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: "Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur”.
M. Mehdiyev Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA