TQDK-da yoxlama aparııldı - Rəsmi

img

01-03-2016 [17:11]


Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. 

Kollegiya iclasında 2015-ci il Iş planına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, 2016-cı ilin İş planına uyğun olaraq isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi vəziyyəti ilə bağlı hesabatlar müzakirə olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA