01-03-2016 [16:54]
Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Kifayət Mürsəliyeva və bir qrup üzvü mətbuat konfransı keçirərək təşkilatın sədri Səmyar Abdullayevin özbaşınalıqları barədə danışıblar.
Mia.az xəbər verir ki, K.Mürsəliyeva əvvəlcə cəmiyyətin tarixi və keçdiyi yol barədə danışıb. O, bildirib ki, məhz Səmyar Abdullayevin sədrliyi dövründə təşkilat bərbad vəziyyətə qalıb:
"Gözdən Əlillər Cəmiyyəti 1931-ci ildən fəaliyyət göstərir. Dövlət orqanlarının köməyi və qayğısı nəticəsində 1951-ci ildən isə öz nizamnaməsi əsasında maddi-texniki bazasını yaradıb. Sonda Bakı şəhəri üzrə 5 kombinatı, 2 mədəniyyət evi, 1 səsyazma studiyası, (burada gözdən əlillər üçün kitablar yazılırdı) musiqi birliyi, mətbəə və eyni zamanda 11 rayon üzrə şöbələr fəaliyyət göstərirdi. Lakin SSRİ dağıldıqdan sonra bazarda cəmiyyətin istehsal etdiyi mallara tələbat olmadığından istehsalat dayandırıldı. Beləliklə, təşkilat iflic vəziyyətə düşdü. O zamankı rəhbərlik cəmiyyət üzvlərinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün yollar axtarırdı. Mən də mədəniyyət işçisi kimi fəaliyyət göstərirdim. İşlər yoluna düşənədək şəhərin mərkəz küçələrində yerləşən iş sahələrini icarəyə verməklə vəziyyəti nisbətən düzəltmək təklifini irəli sürdüm. İşlər bu qayda üzrə gedirdi, lakin 2002-ci ildə rəhbərlik dəyişdi və bununla cəmiyyətin qara günləri başladı. Yadımdadır, cənab Prezident 2007-ci il fevral müşavirəsində belə bir fikir söyləmişdi ki, bəzi işbazlar imtina məktubu adı altında yerləri satırlar. Cəmiyyətin sədri Səmyar Abdullayev məhz belə işbazlardan biridir. Onun ilk satdığı yer 15 nəfər gözdən əlilin maaş aldığı Şıxəli Qurbanov 25 ünvanında yerləşən icarəyə verilmiş mədəniyyət evi oldu. Nizamnaməyə əsasən, cəmiyyətin balansında olan yerlər nə satıla, nə də bağışlana bilər. Belə yerlərdən biri olan, C.Hacıbəyli 40 ünvanında yerləşən mətbəənin yerində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə gözdən əlillər üçün yaşayış binası tikilməli idi. Əvəzində həmin ünvanda iki 18 mərtəbəli bina ucaldıldı. Amma bizə heç bir mənzil verilmədi".
Kifayət Mürsəliyevə bildirib ki, Səmyar Abdullayevin özbaşınalıqları barədə 2010-cu ildən 2012-ci ilin may ayına qədər müxtəlif dövlət orqanlarına müraciət etsə də, heç bir nəticə hasil omayıb:
"Bütün orqanlarda Səmyar Abdullayev əvvəlcə pislənilsə də, sonradan bu işlərdən təmiz çıxa bilirdi. Halbuki, bu işlərin hamısı bizim gözümüz önündə baş vermişdi. Bu işlə bağlı Səfər Alışarlının yanında olduq. Söhbət əsnasında bizə bildirdi ki, C.Hacıbəyli 40 ünvanında tikilən binalardan bizə 45 mənzil verilib. Həmin məlumatı Nərimanov rayon prokuroru Fikrət Mahmudov da təsdiqlədi. Lakin heç bir araşdırma aparılmadı. Ədliyyə Nazirliyinə müraciət olundu və nümayəndə kimi bizi qəbul edən Eldəniz Quliyev araşdırma apardı və sonda bildirdi ki, binanın altındakı 1750 kvadratmetrlik sahə sizindir. Bu yaxınlarda həmin ünvanda oldum. O iki bina elə tikilib ki, hərəsinin 4 mərtəbəsi iş, 14 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulub. Eyni zamanda hər binanın iş üçün nəzərdə tutulmuş 4 mərtəbəsi "Erko" mebel salonu kimi fəaliyyət göstərir. Maraqlıdır, əgər binanın altı bizimdirsə, icarədən gələn vəsait niyə cəmiyyətin hesabına daxil olmur? Verilən 45 mənzil niyə heç bir gözdən əlilə verilməyib? Belə faktlar çoxdur. Harda görünüb ki, cəmiyyətə məxsus torpaqda sədr ev tikib satışa qoysun və ya icarəyə versin?"
K.Mürsəliyeva bildirir ki, Səmyar Abdullayevə bu barədə kimsə irad bildirəndə, o, "mən öz şəxsi biznesimi qurmuşam" deyə cavab verir, hətta bəzi əməkdaşları hədələməkdən belə çəkinmir:
"Hazırda isə cəmiyyətin bütün işçilərindən xəbərsiz Faiq Yusifov 40 ünvanınd yeləşən hektarlarla sahədə söküntü işləri gedir. İnsi isə cəmiyyət işçilərinin xahişləri, yalvarışları teleqramları nəticəsində tikilən 132 mənzilli binanın mənzilləri cəmiyyət işçilərinə verilmir. Xatırladım ki, bu bina 1958-ci ildən cəmiyyətin istifadəsinə verilən yataqxana və 1961-ci ildən cəmiyyət işçilərinin fəaliyyət göstərdiyi idarənin yerində tikilib. Həmin yerlərin torpaq vergisi cəmiyyət işçislərinin maaşından tutularaq yaradılmış fond tərəfindən ödənilib. Sual olunur, birinci növbədə mənzillə kim təmin olunmalıdır? Cəmiyyət işçilərinin siyahısı cəmi 89 nəfərdən ibarətdir. Nazirlik haqlı olaraq gözdən əlilliyi olmayan, eyni zamanda ailələrində də gözdən əlil olmayanları növbədən kənarlaşdırdı. Növbəyə 2013-2014-cü illərdə duranlara ev verilməzsə, cəmi 60 nəfər işçi qalır. Boşalan mənzillərlə birgə səksənə yaxın mənzil rayonlar üzrə bölünsəydi, kim narazı qalardı ki? Sədrimiz nazirliyə 37 nəfərlik müstəsna hal kimi ev alanların siyahısını təqdim edib. Ancaq bu siyahıdan onun özündən başqa heç kimin xəbəri yoxdur. Görəsən onların müstəsna hal kimi ev almalarının səbəbi nədir? Cənab Prezident ad günündə binanın açılış mərasimində iştirak etdi və həmin gün cəmi 10 nəfərə ev verildi. Lakin həmin 10 nəfərin heç birinin vəziyyəti mənimkindən pis deyil. Cənab prezidentimizə həmin gün verilən məlumatlar yanlış idi. Həmin təqdimata sədr özü də buraxılmamışdı. Çünki nazir Səlim Müslümov onun bir neçə çirkin əməlindən xəbərdar idi".
Təşkilatın digər üzvü Sübhan Məmmədov isə bildirib ki, nizamnaməyə əsasən yalnız bir nəfər iki dəfə sədr seçilə bilər. Ancaq Səmyar Abdullayev buna da məhəl qoymur:
"O ölkə Konstitusiyasını əsas götürür. Yəni bu adam təşkilatın nizamnaməsini saymır. Yuxarı qurumların rəhbərlərinə deyir ki, gözdən əlil insanların psixoloji problemləri olur, onların dediklərinə inanmayın. Bəlkə onun hansısa psixoloji problemi var. Amma biz özümüzü əqli baxımdan yüksək səviyyədə hiss edirik. Təsəvvür edin ki, bu adam bizə mənəvi terror etməkdən, üstümüzə başqa damğa yapışdırmaqdan da çəkinmir. Mən illərdir kirayədə yaaşyıram və on ildir ev növbəsindəyəm. Amma hələ də ev ala bilməmişəm. Ancaq məndən sonra növbəyə duran insanlar mənzillə təmin olunublar. Hansı əsasla və niyə?".
***
Gözdən Əlillər Cəmiyyətinin sədri S.Abdullayev isə deyilən ittihamlarla razılaşmayıb. O, Mia.az-a açıqlamasınnda deyib ki, K.Mürsəliyeva cəmiyyətin sədr müavini deyil: "Əvvəla Kifayət Mürsəliyeva cəmiyyətin Bakı Tədris İstehsalat Birliyi sədrinin köməkçisidir. Bu cəmiyyətə hər hansı bir qanun pozuntusu ola bilməz. Daim bura yoxlanınır və indiyədək də heç bir nöqsan aşkar olunmayıb".
Bir sözlə, cəmiyyətdən ümumi şəkildə bildirilib ki, bütün iddialar yalandı.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi