Rektor əmr verdi; Universitetdə bəzi fakültə və kafedralar ləğv edildi

img

01-03-2016 [14:13]


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları aparılıb. UNEC-in Elmi Şurasında qəbul edilən qərara əsasən, "İqtisadiyyat və sənaye” və "Beynəlxalq İqtisadi Münasibətlər” fakültələri birləşdirilərək, "İqtisadiyyat” fakültəsi yaradılıb.

Elmi Şuranın digər qərarı ilə "Beynəlxalq ticarət və gömrük işi” və "Ticarət” kafedraları birləşdirilərək, "Ticarət və gömrük işi” kafedrası yaradılıb.

Bundan başqa, şura üzvləri Təcrübə və işədüzəltmə şöbəsinin ləğv edilərək, əvəzində iki qurum – Təcrübənin təşkili şöbəsi və Karyera Mərkəzi yaradılması barədə qərar qəbul ediblər.

Təcrübənin təşkili şöbəsi bakalavrların ixtisas və istehsalat təcrübəsi, magistrantların isə elmi tədqiqat və elmi pedoqoji təcrübələri ilə məşğul olacaq. Karyera Mərkəzi isə tələbələrin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA